Əli Əsədov MM-də hesabatda: "Xüsusi fond yaradılıb, 114 milyon manat artıq vəsait yığılıb"

img

16-03-2021 [11:21]


“Ötən il pandemiya ilə mübarizə və onların aradan qaldırılması məqsədilə davamlı tədbirlər həyata keçirilib”.

Bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, ölkə başçısının tapşırığına əsasən, dövlətin bütün imkanları insanların sağlamlığının qorunmasına yönəlib:

“Qısa müddət ərzində modul tipli xəstəxanalar yaradıldı. İl ərzində xarici ölkələrdən tibbi personallar dəvət edilib. Ölkə başçısının sərəncamı ilə xüsusi fond yaradılıb. Həmin fonda bu günədək 114 milyon manat artıq vəsait yığılıb. Artıq peyvəndlər alınıb və ölkəmizə gətriliub. Bu günə qədər 460 minə yaxın vətəndaş vaksinasiya olunub”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA