Prezident Xocavənddə: “Qədim Azərbaycan kəndi Tuğdayıq”- VİDEO

img

16-03-2021 [00:28]


“Tuğ kəndinə gəlmişik. Qədim Azərbaycan kəndi Tuğ”.

Mia.az xəbər verir ki, bu sözləri Xocavənd rayonunun Tuğ kəndində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

“Ermənilərin dağıtdıqları Tuğ kəndinin məktəbi. Görün nə günə qoyublar. Sonra da deyirdilər ki, Tuğ kəndi erməni kəndidir. Erməni kəndi olsaydı, bunu dağıdardı? Bura qədim Azərbaycan torpağıdır. Tuğ kəndi həmişə Azərbaycan kəndi olub, bundan sonra da olacaq", - deyə dövlət başçısı əlavə edib.

“Tuğ kəndinin sakinləri öz evlərini təbii ki, tanıyırlar. Əminəm ki, yaxın gələcəkdə Tuğ kəndinin sakinləri öz doğma kəndinə qayıdacaqlar. Görün Azərbaycan necə də gözəldir! Qarabağ necə də gözəldir! Bütün dağılmış kəndləri, şəhərləri bərpa edəcəyik”, - Azərbaycan Prezidenti qeyd edib.

Qeyd edək ki, dövlət başçısının videogörüntüsünü Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində paylaşıb.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA