Kamran Əliyev prokurorları toplayıb - İclas + FOTO
15-03-2021 [20:01]
Martın 15-də Baş Prokurorluqda Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin sədrliyi ilə Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib.
Baş Prokurorluqdan verilən məlumata görə, Şuranın iclasında Azərbaycan Respublikası Prezidenti Administrasiyası, Milli Məclis, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Bakı Dövlət Universiteti, Dövlət İdarəçilik, ADA, Milli aviasiya akademiyaları, eləcə də digər dövlət orqanları, ali təhsil müəssisələri, Ədliyyə, Polis, Dövlət Təhlükəsizliyi Xidməti, Gömrük akademiyaları, eləcə də İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin nümayəndələri iştirak etmişlər.
Elmi-Məsləhət Şurasının iclasını açan Baş prokuror Kamran Əliyev Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığımız şanlı qələbə, işğaldan azad edilən ərazilərimizdə həyata keçirilən geniş quruculuq-bərpa işləri və layihələr, şəhid ailələri və qazilərimizə göstərilən dövlət qayğısı, post-müharibə dövrünün ölkəmiz və ümumilikdə bütün region üçün verdiyi fayda, Ermənistan hərbi-siyasi rəhbərliyinin göstərişi ilə törədilən sülh və insanlıq əleyhinə cinayətlərin ifşa olunması, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi, Qarabağ həqiqətlərinin dünyaya çatrılması istiqamətində görülən tədbirlər, eləcə də prokurorluq orqanlarının keçən dövr ərzində fəaliyyəti barədə Şura üzvlərini məlumatlandırmışdır.
Daha sonra Şura üzvü – Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov Şuranın keçən dövr ərzində fəaliyyəti barədə hesabat verib.
Bildirilib ki, Şuraya daxil olan qurumlar, eləcə də tərəfdaş ölkələrin tədris qurumları, akademiyaları arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində ciddi işlər görülüb. Belə ki, Baş Prokurorluqla Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi arasında memorandumlar imzalanmaqla, birgə elmi konfransların, dəyirmi masaların və görüşlərin keçirilməsi, elmi məqalələrin, tədris-metodiki vəsaitlərin hazırlanması, hüquq tətbiqi fəaliyyətdə daha çox rast gəlinən problemlərin həlli məqsədilə birgə elmi-praktiki araşdırmaların aparılması nəzərdə tutulub.
Beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi ilə əlaqədar Türkiyə Cümhuriyyəti, Rusiya Federasiyası və Qazaxıstanın nüfuzlu hüquq mühafizə akademiyaları ilə işgüzar münasibətlər qurulub.
Keçən müddət ərzində hüquq ədəbiyyatı, metodiki vəsaitlərin və dövri mətbu nəşrlərin hazırlanması ilə bağlı müasir çağırışlara cavab verən təşəbbüslər davam etdirilib.
Həmin tədbirlər çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə mübariz Xalqımız və müzəffər Azərbaycan Ordusunun rəşadətinin təzahürü olan şanlı Vətən müharibəsinə və parlaq qələbəmizə, Azərbaycan Respublikasının Birinci Vitse prezidenti Mehriban xanım Əliyevanın xalqımıza göstərdiyi xeyirxah və nəcib qayğıya, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı görülən tədbirlərə həsr olunan “Qarabağ Azərbaycandır” kitabı hazırlanaraq ictimaiyyətə təqdim edilib.
Bundan əlavə, “İstintaq təcrübəsi” və “Dövlət ittihamının müdafiəsi təcrübəsi” adlı yeni dövri elmi-praktiki mətbu nəşrlər də təsis edilərək hüquq ictimaiyyətinə təqdim edilib. Azərbaycan Prokurorluğu Elmi-Praktiki Jurnalının və Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin bülleteninin növbəti rüblük nömrələri oxuculara təqdim edilib.
İclas çərçivəsində Ermənistan tərəfindən mülki əhalimizə qarşı törədilən sülh və insanlıq əleyhinə cinayətlər və bununla bağlı təzminat məsələləri, işğal altında olan müddətdə torpaqlarımızda urbisid aktlarının törədilməsi, hərbi münaqişələr zamanı mülki əhalinin qorunması və insan hüquqlarının müdafiəsi mövzusunda məruzə ilə çıxışlar edilmiş, eyni zamanda “Özəl sektorda anti-korrupsiya standartları” lvə “Normayaratma fəaliyyəti” adlı vəsaitlərin təqdimatı keçirilib.
Daha sonra gündəlikdə duran məsələlər, o cümlədən vahid istintaq və məhkəmə təcrübəsinin formalaşması ilə bağlı müxtəlif hüquqi məsələləri özündə əks etdirən mövzular üzrə Elmi-Məsləhət Şurasının üzvləri, eləcə də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Vüsal İsayev, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimi Tahir Kazımov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, hüquq üzrə fəlsəfə doktoru Nizami Səfərov, Milli Aviasiya Akademiyasının İqtisadiyyat və hüquq fakültəsinin Hüquq kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru Ayxan Rüstəmzadə, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı, hüquq üzrə elmlər doktoru, professor Əmir Əliyev, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən, prorektor, hüquq üzrə fəlsəfə doktoru Elçin Xələfov, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Akademiyasının İxtisas fənləri kafedrasının baş müəllimi Şahin Hüseynov və digər iştirakçılar tərəfindən çıxışlar edilmiş, geniş müzakirələr aparılmış, həmçinin Elmi-Məsləhət Şurasının qarşısında duran vəzifələr müəyyən edilib.
.
"Gözləmədiyimiz oyun oldu"- "Beşiktaş"ın Baş məşqçisi "20 milyon avrodan ucuz futbolçu tapa bilmirik" deyir
ABŞ Suriyadakı İŞİD-çiləri ölkədən çıxarır? - FOTOLAR
"XƏYAL QURMAYAQ, ABŞ-ın NÜVƏ ÇƏTİRİNİ DƏ İTİRƏRİK" - NATO Baş katibi Avropa liderlərinə açıq tribunadan elə mesaj verdi ki...
Söyüşə görə TV-dən qovulan tanınmış jurnalistin yeni iş yeri bəlli oldu: "Həyəcanlıyam"
Qvardiola "Qalatasaray"la oyunla balı azarkeşlərə səsləndi: "Dəstəyinizə ehtiyacımız var"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Daha bir "TikToker" həbs edildi
Space TV-də gərginlik - "Götürmür, cəhənnəmə götürsün" (VİDEO)
Bakıda qadın iki uşağını gözəllik salonunda qoyaraq gedib
Nigeriya prezidenti Ankaraya gəlir
“Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
İnternetdə fahişəliklə məşğul olmağa açıq çağırış... - Onları 500 manat cərimə gözləyir
AGENTLİKDƏ YEYİNTİYLƏ BAĞLI KOMPROMAT: Zaur Mikayılovun məmur qardaşı ilə bağlı əmrinin görünməyən tərəfləri...
Narkotik testi pozitiv çıxdı, "Təşkilat"dan uzaqlaşdırıldı
Sosial şəbəkələrdə qanunu pozan paylaşımlar... - Prezident cəza hallarını təsdiqlədi
Elektron siqaretlərlə bağlı qadağa təsdiqlənib
Kənd təsərrüfatı nazirinin müavinlərinin sayı artırılıb
Rəsmi Tehran müharibəyə hazırlaşır: "Ölkəmizə istənilən hücuma o qədər sərt cavab verəcək ki..."
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rusiya Suriyadan çıxır, yoxsa...? - FOTOLAR
İsa Həbibbəyli istefa ərizəsi yazıb? - AMEA-dan xəbərə reaksiya
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək - Dəyişiklik
Dövlət teatrlarında gözlənilməz ixtisar - Bu vəzifələr ləğv edildi
Prezident İlham Əliyev fərman imzaladı
BU SAHƏDƏ CƏRİMƏLƏR ARTDI: kənd əhalisinə xəbərdarlıq - Prezident dəyişikliyi təsdiqlədi
Prezident dövlət qulluğu ilə bağlı qanuna dəyişikliyi təsdiqləyib
Prezident Vergi Məcəlləsinə dəyişikliyi təsdiqlədi - DETALLAR
Kamran Əliyev Manamada işgüzar səfərdə olub
Vilayət Eyvazov Qəbələdə vətəndaşları qəbul edəcək
Tağı İbrahimov yenidn hakim qarşısına çıxarıldı
Gəncədə 17 yaşlı oğlan qəfil ölüb
Bakıda kuryoz hadisə: Oğurladıqlarını bölə bilmədilər və...
"Şalke" Dzeko və Kənanın qolları ilə qalib gəldi
İKİ ÖLKƏ İRANA HÜCUMA YAŞIL İŞIQ YANDIRDI - Nə gözlənilir? (TƏHLİL)
Amnistiya aktı: 12 mindən çox şəxsə tətbiq olunub
HAKAN FİDAN AVROPYA ELƏ MEYDAN OXUDU Kİ... - "Gün gələcək özünüz bizə yalvaracaqsınız, o zaman..."
Yeni sədr köməkçisi ilə də yollarını ayırıb
İsrail XİN başçısı Bakıda: "Prezident İlham Əliyevin müdrik siyasəti olmasaydı..." - "İran heç bir şərtlə nüvə silahına sahib olmamalıdır" (YENİLƏNİB)
İcra Hakimiyyətində dəyişiklik: kimlər getdi, kimlər qaldı?
"Bursaspor"un Baş məşqçisi yenə dəyişib
Azərbaycan və İsrail XİN başçıları görüşüb - FOTO (Yenilənib)