Bayram günlərində peyvənd məntəqələri işləyəcək

img

15-03-2021 [16:18]


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Novruz bayramı günlərində peyvənd məntəqələrinin fəaliyyəti göstərməsi ilə bağlı suallara aydınlıq gətirib.

Mia.az Report-a istinadla xəbər verir ki, Agentlik peyvənd məntəqələrinin bayram günlərində bazar günləri istisna olmaqla növbəlilik prinsipi ilə işləyəcəyini bildirib.

Qeyd edək ki, vaksinasiya prosesinə nəzarəti Bakı şəhərində Səhiyyə Nazirliyi, regionlarda isə TƏBİB həyata keçirir.

Xatırladaq ki, yanvarın 18-dən Azərbaycanda Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksinindən istifadə edilir. Peyvəndləmə könüllü və dövlət hesabına aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA