Daha bir mülki şəxs minaya düşdü, ağır yaralandı - Bu dəfə Xocavənddə

img

15-03-2021 [15:14]


Xocavənd rayonunda 41 yaşlı şəxs minaya düşüb.

Mia.az xəbər verir ki, bu barədə prokurorluq məlumat yayıb.

Bildirilib ki, martın 13-ü saat 16 radələrində 1980-ci il təvəllüdlü İman Baxşaliyevin Xocavənd rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla İman Baxşaliyevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sağ ayağın topuqdan aşağı ətrafının amputasiyası və digər çoxsaylı xəsarətlər alması müəyyən edilib.

Faktla bağlı Xocavənd Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA