Yeni nazir daha bir keçmiş kadrına yüksək vəzifə verdi - Rabitə sektorunda dəyişiklik + FOTO

img

15-03-2021 [10:42]


“Azərkosmos” ASC-nin Marketinq Departamentinin rəhbəri Aysel Soltanova vəzifəsindən ayrılıb.

Mia.az Report-a istinadla xəbər verir ki, o, bundan sonra öz fəaliyyətini “Baktelekom” MMC-də davam etdirəcək.

Məlumata görə, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin əmri ilə A.Soltanova “Baktelekom” MMC-nin baş direktorunun müavini təyin edilib.

Qeyd edək ki, ötən ayın əvvəlində Nail Mərdanov da bu qurumda eyni vəzifəyə təyin edilmişdi.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA