Daha bir Avropa ölkəsi "AstraZeneca” vaksinindən istifadəni dayandırır

img

14-03-2021 [16:17]


İrlandiya İmmunlaşdırma üzrə Milli Məsləhət Şurası “AstraZeneca” vaksinindən istifadəni dayandırmağa çağırıb. 

Bu barədə İrlandiya Səhiyyə Nazirliyinin “Twitter”  səhifəsində paylaşım edilib. 

Buna səbəb peyvənd vurulan şəxslərdən 4-nün qanında ciddi laxtalanmanın qeydə alınmasıdır. 

Qeyd edək ki, İrlandiya İmmunlaşdırma üzrə Milli Məsləhət Şurası Səhiyyə Nazirliyinə tövsiyələr hazırlayan müstəqil ekspert qrupudur. 

Xatırladaq ki, Avstriya, Danimarka, Norveç, İslandiya, Estoniya, Litva, Lüksemburq, Cənubi Kipr, Latviya, İtaliya və Tailand Krallığı COVID-19-a qarşı “AstraZeneca” vaksinindən istifadəni müvəqqəti dayandırıb. Səbəb kimi vaksinin az effektli olması və peyvənd vurulan bəzi şəxslərdə qan laxtalanmasının əmələ gəlməsi göstərilir. Qeyd olunan ölkələr peyvəndin hər hansı problem yaradıb-yaratmadığı aydınlaşana kimi peyvənddən istifadəni müvəqqəti dayandırmağa qərar verib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA