Azərbaycanda daha 603 nəfər koronavirusa yoluxub, 6 nəfər vəfat edib - Qərargah son məlumatı yaydı

img

14-03-2021 [15:54]


Azərbaycanda koronavirus infeksiyasına 603 yeni yoluxma faktı qeydə alınıb, 234 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a bildirilib ki, son sutkada 6 nəfər COVID-19-dan vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 240 960 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 230 116 nəfər müalicə olunaraq sağalıb, 3 257 nəfər vəfat edib, aktiv xəstə sayı 4 402-dir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 945, bu günə qədər isə ümumilikdə 2 710 126 test icra olunub".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA