Ermənistanda Qarabağ savaşı ilə bağlı 1500-dən çox cinayət işi açılıb: 12 mindən çox hərbçi istintaqa cəlb olunub, 180 nəfər isə...

img

14-03-2021 [11:40]


Ermənistanın "Joxovurd" qəzeti ikinci Qarabağ müharibəsi ilə əlaqədar təxminən 1 500 cinayət işinin qaldırılması barədə yazı dərc edib.

Bildirilib ki, hazırda bu cinayət işləri ilə bağlı Ermənistanın İstintaq Komitəsinin Baş İstintaq İdarəsində təhqiqatlar aparılır.

Məlumata görə, cinayət işlərində 12 500-dən çox insanın adı keçir.

"Bundan başqa, cinayət işləri üzrə təxminən 180 hərbi qulluqçu saxlanılıb, 500-dən çox insan məsuliyyətə cəlb edilib. Cinayət məsuliyyətinə cəlb edilənlərdən 12-si komandirdir. Onlar arasında yüksək vəzifəli zabit də var”, - qəzet qeyd edib.

"Joxovurd" qəzeti ikinci Qarabağ müharibəsində 3 300-dən çox hərbçinin həlak olduğunu, 9 000-dən insanın yaralandığını vurğulayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA