Adnan Şənsəs dünyasını dəyişdi

img

25-12-2013 [23:42]


Türkiyənin tanınmış müğənnisi Adnan Şənsəs dünyasını dəyişib. Sənətçi müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Adnan Şənsəs 21 avqust 1935-ci ildə Bursada anadan olub. O, musiqi həyatına 1956-cı ildə başlayıb. Əvvəlcə Ankara radiosunda çalışan Adnan Şənsəs burada 16 il işləyib. Sonra müxtəlif kazinolarda səhnə alıb. 47 filmə çəkilib və bir neçə albomu çıxıb. 2013-cü ildə Sezen Aksunun hədiyyə etdiyi "Bekleyemedin Mi” və "Kaybolan Yıllar” mahnılarının da yer aldığı "Adnan Şənsəs bir əfsanədir” albomu işıq üzü görüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA