Azərbaycanın bir qrup jurnalisti Ağdama aparılıb

img

13-03-2021 [09:47]


Azərbaycanın bir qrup media orqanı və QHT rəhbərlərinin, blogerlərin, ictimai fəalların işğaldan azad olunmuş Ağdama səfəri başlayıb.

Mia.az xəbər verir ki, onları Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Nümayəndə heyəti Baş Qərvənd kəndində dəmiryol ətrafında minatəmizləmə prosesi, Ağdamda ermənilərin hərbi istehkamları ilə tanış olacaqlar. Bununla yanaşı, səfərə Ağdam şəhəri ilə, o cümlədən tarixi, mədəniyyət abidələri ilə tanışlıq da daxildir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA