Ata Abdullayev DTX əməkdaşları tərəfindən saxlanılıb - Məhkəmə həbs qərarı verdi

img

13-03-2021 [23:49]


Özünü videobloger kimi təqdim edən Ata Abdullayevin barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə istintaq orqanının təqdimatına baxılıb.

Mia.az demokrat.az-a istinadən xəbər verir ki, Səbail rayon Məhkəməsinin qərarı ilə istintaq orqanının təqdimatı təmin olunub və Ata Abdullayevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Ata Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı saxlanılıb. 

Yayılan xəbərlərə görə, o, məmurları şantaj edərək külli miqdarda pul tələb edirmiş. 

Bildirilib ki, Ata Abdullayev çoxsaylı şikayətlər əsasında iş başında tutulub.

İstintaq orqanı tərəfindən Ata Abdullayevin barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan olunub.

***

Özünün videobloger kimi təqdim edən Ata Abdullayev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.

Baş Prokurorluğun mətbuat xidməti xəbəri təsdiqləyib.

Onun hansı əmələ görə saxlanması hələlik açıqlanmayıb.

Qeyd edək ki, mediada onun hədə-qorxu ilə tələb etmədə şübhəli bilinərək saxlanıldığı barədə məlumatlar yayılıb/Report.

***

Özünü videobloger kimi təqdim edən Ata Abdullayevin saxlanılması səbəbi məlum olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, A. Abdullayev məmurları şantaj edərək külli miqdarda pul alırmış. O, çoxsaylı şikayətlər əsasında iş başında saxlanılıb.

Əlavə məlumat veriləcək.

***

Özünü videobloger kimi təqdim edən Ata Abdullayev saxlanılıb.

Mia.az sabah.az-a istinadən xəbər verir ki, Ata Abdullayev bu gün hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.

Ata Abdullayevin hansı maddə ilə ittiham olunduğu hələlik bəlli deyil.

Əlavə məlumat veriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA