Bakıda tibb bacısı həmkarını bıçaqladı

img

25-12-2013 [14:42]


Dekabrın 24-də Bakının tanınmış və elitar xəstəxanalarından olan Mərkəzi Klinik Xəstəxanada bıçaqlanma hadisəsi baş verib. Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, Parlament prospekti, 2 ünvanında yerləşən xəstəxanada tibb bacısı, 29 yaşlı Hüseynova Hürü Fərman qızı digər tibb bacısı, 35 yaşlı Esmira İbrahimovanı bıçaqlayıb. 

H. Hüseynova bıçaqla iş yoldaşına hücum edib və onu kürəyindən vurub. E. İbrahimovaya elə işlədiyi xəstəxanada tibbi yardım göstərilib.

Tibb bacısının iş yoldaşını hansı səbəbdən bıçaqladığı araşdırılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA