Azərbaycanda oğul anasını döyə-döyə öldürdü

img

07-01-2014 [12:05]


Gəncə şəhərində dəhşətli qətl hadisəsi törədilib. Gəncə şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Heydər Əliyev prospekti, 93 ünvanında 1963-cü il təvəllüdlü Qasımov Yaşar İslam oğlu anası, 1935-ci il təvəllüdlü Cəvahir Xızıyevanı qətlə yetirib. 50 yaşlı kişi birgə yaşadığı anasını vəhşicəsinə döyüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadının həyatını xilas etmək mümkün olmayıb.

Y. Qasımovun doğma anasını evdə təmizlik məsələlərinə görə döydüyü bildirilir. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA