PAPANIN İRAQ SƏFƏRİNİN ARXASINDAKI NİYYƏT: Türkiyəyə qarşı yeni ittifaq, yoxsa...? - "Bu, çox önəmli bir hazırlığın ilk addımıdır!"

img

11-03-2021 [23:49]


Murad BARDAKÇI,

Haberturk.com

***

Roma Papası Fransisk geçən həftə sonunda Iraqda idi. Bağdaddan Nəcəfə keçib Şiə lideri Ayətullah Sistani ilə görüşdü, oradan kürd bölgəsinə getdi, Həzrəti İbrahimin doğulduğu yer olduğu deyilən arkeoloji məkan Uru ziyarət etdi. Səyahət boyunca ətrafa bol-bol barış və qardaşlıq mesajları ilə gülücüklər dağıdıb səmavi krallığına, yıni Vatikana döndü.

84 yaşındakı Papa qan və gözyaşının artıq heç əskik olmadığı və həmən hər an bombaların patlayıb canalma ehtimalının olduğu Iraqa niyə getdi deyərsəniz?

Qərb mətbuatı İraq ziyarətini günlərlə “turistik gəzinti” havasında verdi, Ərəb mediası da eyni şəkildə davrandı, Papanın təmaslarının arxa planı olub-olmadığı haqqında tək söz etmədilər...

Ziyarətin sirrini dünya fərq edə bilməmişdi, amma bəzi yazarlarımız əsrarı həmən çözüblər: işin gerisində bizi bölüb-parçalamaq vardı və Papa Iraqa Türkiyəni təkləyib çökdürmək üçün qurulmuş olan şər dəzgahına dəstək məqsədiylə gedmişdi! Ərəb ölkələrindən bəzilərının zatən mövcud olan əleyhimizdəki ittifaqına İranı da qatıblar və bu işi Papa ilə Sistaniyə həll etdiriblər. Papanı ta Vatikandan qalxıb hələ qan və atəş içərisində qovrulan İraqa getməsinin səbəbi bizə (Türkiyəyə -Mia.az) qarşı qurulan bu dəzgahı daha da gücləndirmək idi!

Məqsəd komplo nəzəriyəsi qurmaq olunca, bu belə ağlınıza ilk gələni söylər, yəni Papanın Iraqa ziyarətini əleyhimizdəki şər ittifaqları çərçivəsinə sıxıştırmaya çalışırsanız, məsələnin əslini gözdən qaçırarsınız...

Papanın Iraq ziyarəti haqqında Dəyanət İşlərinin sabiq başqanı Professor Mehmet Görmez ilə uzun-uzun müzakirə etdim, dini diplomatiya sahəsindəki gəlişmələri yaxından izləyən professor Görmezin fikirlərini dinlədim.

Yanlış anlaşılmasın: “Dinlərarası təmas” deyərkən, “dinlərarası dialoq” rəzilliyini deyil, müxtəlif dinlərin öndə gələn alimləri ilə tələbələrinin iştirak etdikləri və dinlərarası sahədəki gəlişmələri öncədən hiss edə bilmə imkanı verən akademik görüşmələri və toplantıları qəsd edirəm...

İndi illərdən bu yana belə toplantılara qatılmış professor Mehmet Görmezlə Papanın Iraq ziyarəti məsələsində danışdıqlarının bəzi hissələrini  nəql edim: 

Şərq Blokunun çöküşünün ardından dünyanın necə bir şəkil alacağı müzakirə olunarkən sünni dünyasında əl-Qaidə və Taliban kimi silahlı qruplaşmaların ortaya çıxması Qərbə narahatlıq sövq etdi. Bu qruplaşmaların saylarının artaraq, gələcəkdə eyni şəkildə silahlı bir xilafət hərəkatına dönə bilmələri ehtimalından və İŞİD-in terrorlarından narahatlığa qapılan bəzi çevrələrdə “Xristian dünyasının İslamı təmsilən sünnilərin yerinə şiələrlə təmasda bulunması” fikri ortaya çıxdı.

“Şiələrin sünnülər qədər terrorla bağlantılı olmadıqları” düşüncəsindən yola çıxaraq, Livanda silahlı fəaliyyət göstərən Hizbullah qruplaşması və həm bu qruplaşmanın, həm də İranın Amerika düşmənçiliyini gözardı edilərək, Şiə dünyası ilə təmaslar başladı.

Kardinal Ratzingerin 2005-ci ildə “16-cı Benedikt” adıyla Papa olmasının ardından Vatikanın Iraqdakı Şiə avtoriteti ilə təmasa geçməsi istəndi, ancaq Iraqda yaşanan işğal bu təmasa əngəl olunca, plan uyğun bir zamana ertələndi və gözlənilən zaman keçən həftəsonu gəldi.

Papa Fransiskinin Nəcəfə gedərək, Şiələrin nüfuzlu dini liderlərindən olan Ayətullah Seyid Əli Hüseyni Sistani ilə görüşməsi və Sistanidən “Ətrafını aydınladan irfan sahibi bir fənər” şəklində sözlərlə bəhs etməsinin səbəbi bu düşüncə idi...

Nəcəfdə də Papanın gəlişindən öncə hər tərəf Həzrəti Əlinin Misirə göndərdiyi komandanı Eştər ən-Nehaiyə yazdığı məktubda geçən “İnsanlar iki sinifdir: ya dində qardaşın və ya yaradılışda həyat yoldaşındır” mənasına gələn “Feinnehum sınıfanu: İmmâ ahun leke fi’d-dini, ve immâ nazîrun leke fi’l-halkî” şəklindəki sözü ile bəzədilmişdi.

YENİ BİR XAÇ MƏKANI...

Səyahətin Xristian doktrinasını dərindən maraqlandıran bir başqa tərəfi daha vardı: Vatikanda 1970-lardan - polşalı II İohann Paveldən bu yana var olan bir xəyalın həqiqət elan olunması, müsəlmanlıqda eyni şəkildə düşünülməməsinə rəğmən, xristianların Həzrəti İbrahimin doğulduğu yer olduğuna inandıqları Şimali Iraqdakı Ur şəhərinin xaç məkanı halina gətirilməsi...

Prof. Mehmet Görmezlə söhbətimiz burada bitir; indi Həzrəti İbrahimdən və adının mənasından qısaca bəhs edim:

Şummer mədəniyyəti zamanında – Milladdan əvvəl iki mininci illərdə yaşadığı qəbul edilən Həzrəti İbrahimin bəzi iddialara görə adı “Abram”dır. Bu ad şummercədə iki hecadan - “baba” demək olan “ab” ilə “göyüzü” mənasına gələn “ram”dan meydana gəlib və “Göyüzündəki baba” deməkdir; yəni İbrahimə o dövrlərdə Tanrı vergisi verilmiş, əsrlər sonar səmavi dinlərin atası qəbul edilmişdir.

Üç səmavi din, yəni müsəlamanlıq, xristianlıq və yəhudilik tərəfindən qəbul edilən Həzrəti İbrahimin xristian mənbələrində doğum yeri olaraq göstərilən antik Ur şəhərinin bir xaç məkanı halina gətirilməsi dinlərarası təmaslar sahəsində atıla biləcək önəmli bir adımdı.

2019-da Birləşmiş Ərəb Əmirliklərində keçirilən “İbrahimi Dinlər Konfransı”nda Ezher Şeyxi ilə bərabər bir “İnsan Qardaşlığı Bölgəsi” imzalamış olan Papa Ura bu məqsədlə getdi. Iraq ziyarəti sırasında İŞİD-dən qaçan xristianların sığındıqları Ərbilə də baş çəkdi; səyahətini müsəlman, xüsusi ilə də Şiə din adamlarının və Iraqdakı müxtəlif dəyişik məzhəblərin təmsilçilərinin müşaiyəti ilə gerçəkləşdirdi.

Ziyarət sırasında və sonrasında söylənənlərə də diqqət edək:

Məsələn, Iraqdakı Keldani Katolik Kilsəsinin kardinalı və Babil Patriarxı Louis Raphael Sako Papadan bir möcüzə gözlənməməsi gərəkdir, amma toxumlar atıldı, bunlara ehtiyac duyacaqları su veriləcək və Allah bu toxumları yetişdirəcək” söylədi. 

Şiə türkmənlərin öndə gələn isimlərindən Natıq Abbas Həsən əl Bayati isə Ayətullah Sistani ilə və Papanın Nobel Sülh Mükfatına  namizəd göstərilməsini istədi.

Amma ən diqqətçəkici sözləri 2014-də Ayətullah Sistaninin fətvası ilə İŞİD-ə qarşı mücadilə məqsədiylə qurulan və bünövrəsində sadəcə şiə deyil, sünnü, yezidi və xristian milisləri də barındıran Haşdi Şabi qruplaşmasının Keldani Katolik komandanı Reyan əl Keldani söylədi. Papanın əlini öpdükdən sonra hədiyyə olaraq təsbehini də alan Reyan əl Keldani “Gələcəkdəki savaş Məsihin cocuqları ilə Yezidin cocuqları arasında olacaq” deməkdən çəkinmədi!

Keldaninin “Məsihin cocuqları ilə Yezidin cocuqları” deyərkən kimləri qəsd etdiyi hər halda anlamışsınızdır...

Dolayısı ilə Papanın Iraq ziyarəti bizdəki komplo maraqlılarının iddia etdikləri kimi “Türkiyə əleyhinə qurulan bir dəzgâh” falan deyil; ölkələr, rejimlər və bloklararası çox daha önəmli bir hazırlığın ilk addımıdır!

Tərcümə Mia.az-ındır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA