Prezident Avropa Yenidənqurma və İnkişaf Bankının yeni prezidentini qəbul edib - Müzakirə + FOTO
11-03-2021 [20:41]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Avropa Yenidənqurma və İnkişaf Bankının yeni prezidenti xanım Odil Reno-Bassonu və bankın rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul edib.
Mia.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Qonaqları salamlayan Prezident İlham Əliyev deyib:
– Xanım prezident, hörmətli xanımlar və cənablar, sizi görməyə çox şadam. Sizinlə gələcək planlarımız barədə söhbət etmək imkanına görə şadam. Əlbəttə, bilirsiniz ki, pandemiya səbəbindən biz videokonfrans vasitəsilə görüşmək imkanından istifadə etməli oluruq. İlk növbədə, mən Bankın Azərbaycana göstərdiyi bu diqqətə görə minnətdarlığımı ifadə etmək istərdim. Düşünürəm ki, demək olar son 30 ildə biz çox güclü tərəfdaşlıq əlaqələri qurmuşuq. Bank ölkənin transformasiyasında, iqtisadiyyatımızın şaxələndirilməsində bizi dəstəkləyib. Bizim 3 milyard avrodan çox məbləğdə layihələrimizin maliyyələşdirilməsi faktı bunu açıq-aşkar nümayiş etdirir. Hazırda bu portfelin yarısının özəl sektora yönəlmiş vəsait olması da mühüm əhəmiyyət kəsb edir. Bu da əməkdaşlığımızın yaxşı göstəricisidir.
Bizim dövlət şirkətləri tərəfindən həyata keçirilən infrastruktur layihələrinə gəlincə, onların demək olar ki, hamısı tamamlanıb. Mənə məlumat verilib ki, bizdə 13 layihə var, onların 12-si uğurla tamamlanıb və sonuncusu tamamlanma prosesindədir. Mən, həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankının bizim enerji layihələrinə, xüsusilə Cənub Qaz Dəhlizinə, onun Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən 1 milyard avro məbləğində maliyyələşdirilmiş sonuncu hissəsi olan TAP-a verdiyi dəstəyə görə minnətdaram. Bildiyiniz kimi, ötən ilin son günündə biz TAP və Cənub Qaz Dəhlizinin açılışını qeyd etdik. Bu, həqiqətən də Avrasiyanın enerji xəritəsini dəyişən tarixi nailiyyət idi. Bildiyiniz kimi, hazırda bizim əsas məqsədimiz iqtisadiyyatımızın şaxələndirilməsini davam etdirməkdir. Düşünürəm ki, xüsusilə bu il və ötən il, pandemiyaya baxmayaraq, nəticələr çox ümidvericidir. Ümumi daxili məhsulda müəyyən azalmaya baxmayaraq, bizdə qeyri-enerji sənayesi istehsalında artım var. Bu iki ayda bizdə artım 12 faizdən çox olub. Beləliklə, bu, bizim sənayemizin şaxələndirilməsinin yaxşı göstəricisidir. Biz neft satışlarından topladığımız vəsaiti özəl sektoru, sənaye potensialımızı dəstəkləməyə yönəltməyə nail olduq və qeyri-enerji sənayesində 12 faiz artım həqiqətən də əlamətdar hadisədir.
Hazırda bizim əsas məqsədimiz işğaldan azad edilmiş ərazilərin bərpasıdır. Ermənistan tərəfdən 25 ildən çox, demək olar ki, 30 il davam edən işğal nəticəsində hər şey dağıdılıb. Əcnəbi diplomatlar və media nümayəndələri işğaldan azad edilmiş ərazilərə artıq dəfələrlə səfər ediblər və özləri hər şeyin tamamilə dağıdıldığının şahidi olublar. Şəhərlər dağıdılıb, kəndlər dağıdılıb. Odur ki, biz öz doğma torpaqlarına qayıtmağı gözləyən insanlar, bir milyondan çox keçmiş məcburi köçkün üçün layiqli həyat şəraiti təmin etmək məqsədilə 10 min kvadratkilometrdən böyük bir ərazini yenidən qurmalı olacağıq. Beləliklə, bu, bizim əsas vəzifəmizdir və biz artıq buna başlamışıq. Münaqişənin və müharibənin faktiki sonu olan bəyanatın imzalanmasından yalnız dörd ay keçməsinə baxmayaraq, biz artıq işlərə başlamışıq. Biz indi beynəlxalq hava limanı tikirik, avtomagistrallar tikirik, dəmir yolu xətlərini inşa edirik, artıq başlamışıq. Bu ilin sonuna kimi bütün Qarabağ ərazisi üçün demək olar ki, enerji təchizatını 100 faiz tamamlamağı planlaşdırırıq və bizim bir çox başqa planlarımız da var.
Əlbəttə ki, biz bu məsələlərdə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığa güvənirik. Mən işğaldan azad olunmuş torpaqları “yaşıl enerji” zonası elan etmişəm. Biz əsasən bərpa olunan enerji mənbələrindən, su, günəş və külək mənbələrindən istifadə etməyi planlaşdırırıq. Bizim böyük beynəlxalq enerji şirkətləri ilə yaxşı iş təcrübəmiz var. Yeri gəlmişkən, Avropa Yenidənqurma və İnkişaf Bankı bu investisiya layihələrinin maliyyələşdirməsində iştirak edir. Ümid edirik, eyni təcrübə azad edilmiş ərazilərdə də tətbiq olunacaqdır. Çünki bərpa olunan enerji mənbələri baxımından orada böyük potensial var. Başqa sözlə, bu, Azərbaycanın və regionun inkişafında yeni bir dövr və ya hətta yeni bir eradır. Demək olar ki, 30 il davam edən Dağlıq Qarabağ münaqişəsi öz həllini tapdıqdan sonra regional inkişaf, regional əməkdaşlıq, bağlılıq üçün yeni imkanlar var və Azərbaycan bunlara hazırdır. Mən artıq ictimaiyyətə bunu açıqlayaraq demişəm ki, biz əməkdaşlıq, düşmənçilik səhifəsini geridə qoymaq, regionda daha yaxşı vəziyyəti və daha da proqnozlaşdırıla bilən vəziyyəti təmin etmək üçün qonşularımızla dürüst şəkildə işləməyə hazırıq. Beləliklə, bu, görülmüş işlərin və bəzi planlarımızın nədən ibarət olmasının kiçik xülasəsi idi. Əlbəttə ki, müzakirələr zamanı biz gələcək tərəfdaşlığımızın praktiki addımlarını daha geniş müzakirə edəcəyik. Görüşmək üçün irəli sürdüyünüz bu təşəbbüsə görə bir daha təşəkkür edirəm. Sizi bir daha görməyə çox şadam.
Avropa Yenidənqurma və İnkişaf Bankının yeni prezidenti xanım Odil Reno-Basso deyib:
- Cənab Prezident, çox təşəkkür edirəm. İlk təqdimata görə sağ olun. Sizi COVID-19 böhranı ilə bağlı vəziyyətin uğurla idarə olunmasına görə təbrik etmək istərdim. Bütün ölkələr hazırda bu çağırışla üz-üzədir və bu böhran bir çox yerlərdə iqtisadi problemləri şərtləndirir. Digər ölkələrlə müqayisədə sizdə vəziyyət daha yaxşıdır.
Sonra xanım Odil Reno-Basso Azərbaycanla əməkdaşlığa toxunaraq deyib: “Ötən il biz diqqətimizi özəl sektor üzərində cəmləşdirdik, kiçik və orta sahibkarlığın dəstəklənməsi, sosial əhəmiyyətli və ətraf mühitə təsirlə bağlı yerli valyuta ifadəsində layihələrin icrası uğurla həyata keçirildi. Biz Mərkəzi Bankla SVOP (valyuta mübadiləsi) sazişi bağlamaqla yerli valyutada layihələrin maliyyələşdirilməsi sahəsində əməkdaşlığımızdan da məmnunuq. Bu da öz növbəsində kiçik və orta sahibkarlığın dəstəklənməsi baxımından vacibdir. Sevindirici haldır ki, böyük həcmdə maliyyə töhfəsi verdiyimiz Cənub Qaz Dəhlizi layihəsi başa çatdı. Biz bu layihədə yaxından iştirak edirdik və şadıq ki, həmin layihə artıq tam şəkildə icra edilib. Biz enerji sahəsində əməkdaşlığımızı yüksək qiymətləndiririk”.
Avropa Yenidənqurma və İnkişaf Bankının yeni prezidenti xanım Odil Reno-Basso Azərbaycan hökuməti ilə külək və günəş enerjisi sahələrində əməkdaşlıq etdiklərini deyərək, bununla bağlı qanunvericilik bazasının qəbul edilməsinin önəminə toxundu, bu sahədə əməkdaşlığın əhəmiyyətindən danışıb.
Söhbət zamanı Azərbaycanla Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olundu, bu əməkdaşlığın daha da dərinləşdirilcəyinə əminlik bildirilib.
Görüşdə nəqliyyat, bərpa olunan enerji, “Gəncə - Green City” layihəsi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, telekommunikasiya, bank sektoru və işğaldan azad edilmiş rayonlarda həyata keçirilən və icra olunacaq layihələrlə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
"Gözləmədiyimiz oyun oldu"- "Beşiktaş"ın Baş məşqçisi "20 milyon avrodan ucuz futbolçu tapa bilmirik" deyir
ABŞ Suriyadakı İŞİD-çiləri ölkədən çıxarır? - FOTOLAR
"XƏYAL QURMAYAQ, ABŞ-ın NÜVƏ ÇƏTİRİNİ DƏ İTİRƏRİK" - NATO Baş katibi Avropa liderlərinə açıq tribunadan elə mesaj verdi ki...
Söyüşə görə TV-dən qovulan tanınmış jurnalistin yeni iş yeri bəlli oldu: "Həyəcanlıyam"
Qvardiola "Qalatasaray"la oyunla balı azarkeşlərə səsləndi: "Dəstəyinizə ehtiyacımız var"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Daha bir "TikToker" həbs edildi
Space TV-də gərginlik - "Götürmür, cəhənnəmə götürsün" (VİDEO)
Bakıda qadın iki uşağını gözəllik salonunda qoyaraq gedib
Nigeriya prezidenti Ankaraya gəlir
“Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
İnternetdə fahişəliklə məşğul olmağa açıq çağırış... - Onları 500 manat cərimə gözləyir
AGENTLİKDƏ YEYİNTİYLƏ BAĞLI KOMPROMAT: Zaur Mikayılovun məmur qardaşı ilə bağlı əmrinin görünməyən tərəfləri...
Narkotik testi pozitiv çıxdı, "Təşkilat"dan uzaqlaşdırıldı
Sosial şəbəkələrdə qanunu pozan paylaşımlar... - Prezident cəza hallarını təsdiqlədi
Elektron siqaretlərlə bağlı qadağa təsdiqlənib
Kənd təsərrüfatı nazirinin müavinlərinin sayı artırılıb
Rəsmi Tehran müharibəyə hazırlaşır: "Ölkəmizə istənilən hücuma o qədər sərt cavab verəcək ki..."
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rusiya Suriyadan çıxır, yoxsa...? - FOTOLAR
İsa Həbibbəyli istefa ərizəsi yazıb? - AMEA-dan xəbərə reaksiya
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək - Dəyişiklik
Dövlət teatrlarında gözlənilməz ixtisar - Bu vəzifələr ləğv edildi
Prezident İlham Əliyev fərman imzaladı
BU SAHƏDƏ CƏRİMƏLƏR ARTDI: kənd əhalisinə xəbərdarlıq - Prezident dəyişikliyi təsdiqlədi
Prezident dövlət qulluğu ilə bağlı qanuna dəyişikliyi təsdiqləyib
Prezident Vergi Məcəlləsinə dəyişikliyi təsdiqlədi - DETALLAR
Kamran Əliyev Manamada işgüzar səfərdə olub
Vilayət Eyvazov Qəbələdə vətəndaşları qəbul edəcək
Tağı İbrahimov yenidn hakim qarşısına çıxarıldı
Gəncədə 17 yaşlı oğlan qəfil ölüb
Bakıda kuryoz hadisə: Oğurladıqlarını bölə bilmədilər və...
"Şalke" Dzeko və Kənanın qolları ilə qalib gəldi
İKİ ÖLKƏ İRANA HÜCUMA YAŞIL İŞIQ YANDIRDI - Nə gözlənilir? (TƏHLİL)
Amnistiya aktı: 12 mindən çox şəxsə tətbiq olunub
HAKAN FİDAN AVROPYA ELƏ MEYDAN OXUDU Kİ... - "Gün gələcək özünüz bizə yalvaracaqsınız, o zaman..."
Yeni sədr köməkçisi ilə də yollarını ayırıb
İsrail XİN başçısı Bakıda: "Prezident İlham Əliyevin müdrik siyasəti olmasaydı..." - "İran heç bir şərtlə nüvə silahına sahib olmamalıdır" (YENİLƏNİB)
İcra Hakimiyyətində dəyişiklik: kimlər getdi, kimlər qaldı?
"Bursaspor"un Baş məşqçisi yenə dəyişib
Azərbaycan və İsrail XİN başçıları görüşüb - FOTO (Yenilənib)