Qarabağda tutulan Livan vətəndaşı Türkiyə üzərindən ölkəsinə göndərilib - XİN açıqlama yaydı

img

11-03-2021 [16:09]


"Livanın Burc Hammud ərazisində anadan olan Maral Nacaryan (Maralle Najarian) həm Ermənistan, həm də Livan vətəndaşlığına malikdir. Keçmiş münaqişə bölgəsində Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən birgə yaşadığı erməni əsilli Livan vətəndaşı ilə birlikdə saxlanılıb".

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Nazirliyin məlumatına görə, o,, Azərbaycan ərazisinə qanunsuz daxil olması və Azərbaycan qanunvericiliyini pozan digər hərəkətlərə yol verməsi barədə ifadələr verib: 

"Azərbaycan tərəfinin nümayiş etdirdiyi humanizm nəticəsində M.Nacaryan bu ilin 10 mart tarixində azad edilib.

Qeyd etmək istərdik ki, o, şəxsən Ermənistana deyil, Livana qayıtmağa üstünlük verib. Qeyd etmək istərdik ki, Rusiya tərəfi ilə aparılan müzakirələr nəticəsində Livan vətəndaşı olduğu üçün onun Rusiya ərazisindən göndərilməsi mümkün olmayıb. Bu səbəbdən M.Nacaryan Türkiyə üzərindən Livana geri göndərilib.

Ümumiyyətlə bildirmək istərdik ki, hazırda Azərbaycanda saxlanılan erməni əsilli qadın yoxdur. Vətən müharibəsi zamanı saxlanılan 5 qadın, əksəriyyəti hətta hərbi əməliyyatlar davam edən zamanı sərbəst buraxılıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA