Əli Əsədov nazirləri yenə toplayıb - Dövlət Komissiyası nələri müzakirə edib? + FOTO

img

10-03-2021 [20:32]


Martın 10-da Baş nazir Əli Əsədovun sədrliyi ilə 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə yaradılmış Dövlət Komissiyasının növbəti iclası keçirilib.

Nazirlər Kabinetindən Mia.az-a verilən məlumata görə, iclasda Komissiyanın üzvləri və dəvət edilmiş şəxslər - təcavüzə məruz qalmış şəhər və rayonların icra hakimiyyəti başçıları və digər rəhbər şəxslər iştirak ediblər.

İclas zamanı dəymiş ziyanın qiymətləndirilməsi, ilkin yardımın göstərilməsi, qismən ziyan dəymiş və tam dağılmış tikililərin bərpası və təmiri ilə əlaqədar son vəziyyətə dair məruzələr dinlənilib.

Vətəndaşlar tərəfindən edilən əlavə müraciətlərə baxılması, qiymətləndirmə prosesində şəffaflığın təmin edilməsi, təmir və bərpa işləri ilə əlaqədar müvafiq tapşırıqlar verilib.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA