Prezident İlham Əliyev daha bir dəyişikliyi təsdiqlədi: "Aksiz dərəcələri 100 manata qaldırılıb"

img

09-03-2021 [18:46]


Azərbaycanda elektron siqaretlər üçün mayenin hər litrinə tətbiq olunan aksiz dərəcələri 20 manatdan 100 manata qaldırılıb.

Mia.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiq edilən Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Bununla yanaşı, Azərbaycanda qəlyan üçün hazırlanan tütünlərin aksiz vergisinə cəlb edilməsi təklif olunaraq hər kiloqrama görə 30 manat müəyyən edilib.

Qeyd edək ki, indiyədək qəlyan üçün tütünlər aksiz vergisindən azad idi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA