Erməni fəxri konsuldan şok iddia: “Prezidentdən soruşun, noyabrın 17-də Bakı nə edirdi?” - Rəsmi Yerevandan xəbərə reaksiya

img

09-03-2021 [14:56]


Ermənistan Prezidentinin Administrasiyası Prezident Armen Sarkisyanın Bakıda səfərdə olması barədə məlumatlarla bağlı açıqlama yayıb.

“Sputnik Armenia” agentliyinin verdiyi məlumata görə, Administrasiyanın bu gün yaydığı açıqlamada A. Sarkisyanın Bakıya səfər etdiyi barədə məlumatlar təkzib olunub.

Qeyd edək ki, “İravunk” qəzeti Makedoniyanın Ermənistandakı fəxri konsulu Araik Sarkisyana istinadən məlumat yayıb ki, Prezident noyabrın 17-də Bakıda səfərdə olub. “Prezidentdən soruşun, noyabrın 17-də Bakı nə edirdi”, deyə A. Sarkisyan sual edib.

“Bəzi KİV-də guya Armen Sarkisyanın noyabrın 17-də Bakıda olduğu barədə xəbərlər yayılır. Bu, açıq yalan və dezinformasiyadır. Prezident nə həmin gün, nə də digər günlərdə Bakıda olmayıb”, - deyə Ermənistan Prezidentinin mətbuat xidmətinin açıqlamasında bildirilir/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA