Azərbaycanda daha 403 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib - Qərargah son məlumatı yaydı

img

07-03-2021 [14:34]


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 403 yeni yoluxma faktı qeydə alınıb,  127 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib: "İndiyədək ümumilikdə 236 768  nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 229 718  nəfər müalicə olunaraq sağalıb, 3 241 nəfər vəfat edib,  3 809 aktiv xəstə sayı  nəfərdir. Ölkədə son sutka ərzində 8 169, hazırkı dövrədək isə 2 653 375  test aparılıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR