ABŞ, Avropa İttifaqı və NATO Türkiyəyə 10 hərbçinin həlak olması ilə bağlı başsağlığı veriblər

img

04-03-2021 [22:33]


ABŞ-ın Türkiyədəki səfirliyi, Avropa İttifaqı və NATO-dan Türkiyədə 10 hərbçinin həlak olması ilə bağlı başsağlığı verilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna zəng edərək Bitlis əyalətində baş verən hərbi helikopter qəzası ilə əlaqədar başsağlığı verib.

ABŞ səfirliyi ilə AVropa İttifaqı da baş verən hadisədən kədərləndiklərini bildirirək, Türkiyə xalqına başsağlığı veriblər.

Xatırladaq ki, helikopter qəzasında 1-i genneral Osman Ərbaş olmaqla 10 hərbçi şəhid olub, 3 yaralı var.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA