ÜST: "Azərbaycana 432 000 doza "AstraZeneca" peyvəndi ayrılıb"

img

04-03-2021 [20:03]


Azərbaycan COVAX-ın peyvənd paylanmasının ilk mərhələsinə daxil edilib və bu çərçivədə ölkəyə 432 000 doza "AstraZeneca" peyvəndi ayrılıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyindən bildirilib.

Qeyd olunub ki,  paylanmanın ilkin tarixləri iki mərhələyə bölünüb: Fevral-mart və aprel-may ayları. Ölkələrə göndərilmə tarixləri barədə ətraflı məlumat növbəti həftəyədək veriləcək.

“COVAX "AstraZeneca" da daxil olmaqla "Pfizer-BioNTech" və digər peyvəndlərin mümkün qədər tez çatdırılmasını təmin etmək üçün lazımi tədbirlərlə bağlı bütün ölkələrlə əməkdaşlığa davam edəcək”, - deyə nümayəndəlikdən bildirilib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA