Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub

img

26-02-2021 [17:07]


Azərbaycan ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mia.az xəbər verir ki, Bakı vaxti ilə saat 17:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb.

Eyni zamanda avtomobillər siqnal, gəmilər və yerüstü qatarlar isə fit veriblər.

Həmçinin Bakıda, digər şəhər və rayonlarda, qəsəbələrdə, kəndlərdə, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində dövlət bayraqları endirilib.

Qeyd edək ki, bu gün - fevralın 26-da Xocalı soyqırımının 29-cu ildönümüdür. 

Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR