Rəsmi Yerevan şok fakt açıqladı: "Qarabağda döyüşlərdə iştirak edən 1600 hərbçidən hələ də bir xəbər yoxdur"

img

23-02-2021 [17:49]


İkinci Qarabağ müharibəsində itkin düşən erməni hərbçilərlə bağlı yeni statistika açıqlanıb.

Əsgərlərin Sığortalanması Fondunun direktoru Varujan Avetikyan bildirib ki, döyüşlərdə iştirak edən 1 600 hərbçidən hələ də bir xəbər yoxdur və onlar itkin düşmüş sayılırlar.

“Fevralın 10-dan başlayaraq itkin düşmüşlərin ailələri onların yaxın qohumunun itkin düşmüş kimi tanınması üçün məhkəməyə müraciət edə bilərlər. İtkin düşmüşlərin yaxınları məhkəməyə müraciət etmək üçün prokurorluğun Vəkil Palatasının xidmətindən pulsuz yararlana bilərlər”, - fond rəhbəri deyib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA