Əfv Komissiyasının üzvü: “Hər müraciətə həssaslıqla yanaşılır”
22-02-2021 [18:21]
“Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası dövlət başçısının əfvlə bağlı on illərdir, davam edən humanist siyasətinin bu il, xüsusilə də onun Vətən müharibəsində qələbəmizdən sonrakı dövrdə həyata keçirilməsi üçün son dərəcə gərgin, hədəfli, ünvanlı, bilavasitə hər bir vətəndaşın müraciətinə həssaslıqla yanaşılan çərçivədə müzakirələr aparır”.
Mia.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Əfv Məsələləri Komissiyasının üzvü Zahid Oruc bildirib.
Əfv Məsələləri Komissiyasının üzvü deyib ki, Əfv Məsələləri Komissiyası yeni tərkibdə formalaşıb və ilk iclasdan başlayaraq Əfv Məsələləri Komissiyasının sədri Samir Nuriyev tərəfindən hər bir komissiya üzvünün rəyinə dəyər verilir, şəxsin taleyinə, həyatına və onun azadlığa dönəcəyi təqdirdə gələcək hərəkətlərinə münasibətdə dəqiq dəyərləndirmələri özündə ehtiva edən müzakirələr aparılır: “Nəzərə almalıyıq ki, Vətən müharibəsindən sonra şəhid ailələrinin, qazilərin, o cümlədən ümumiyyətlə Vətən müharibəsində iştirak edən qəhrəman döyüşçülərimizin yaxınları, doğmaları da bu müraciətlərdə aktiv şəkildə yer alıblar”.
Z. Oruc qeyd edib ki, ötən illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən əfv və amnistiya barədə qərarların hər birini “qızıl amnistiya”, “qızıl əfv” kimi xarakterizə etmək olar: “Bu əfv və amnistiyalarda yalnız konkret şəxslərin adları olmadığı təqdirdə bu aktların gözdən salınması yönündə mövqelərin sərgilənməsini doğru saymırıq. Bir məhbus digərindən üstün hüquqa, yaxud aşağı duruma malik deyil. Ümidvarıq ki, konkret olaraq aparılan müzakirələr hər zaman olduğu kimi, Prezidentin imzası ilə yenə də insanların bağışlanma və barış duyğusunu gücləndirmiş olacaq. Digər tərəfdən, hüquqi islahatlar təkcə əfv və amnistiya qərarları ilə deyil, eləcə də 2017-ci ildən dekriminallaşma ilə bağlı addımlarla müşayiət olunur. Cinayət qanunvericiliyində 300 maddə üzərində dəyişikliklər aparıldı. Bu, azadlıqdan məhrumetmənin əvəzinə azadlığın məhdudlaşdırılması kimi qabaqcıl dünya ölkələrində geniş tətbiq olunan praktikanın ölkəmizdə bərqərar olması deməkdir. Onu da qeyd edim ki, Əfv Məsələləri Komissiyasının üzvlərinin mətbuata müzakirələrlə bağlı məlumatları bir qədər çərçivədə vermələrinin səbəbi insanların gözləntiləri, hər bir konkret adla bağlı reaksiyalarla əlaqədardır. Bu isə nə etik sayıla, nə də Komissiyanın Əsasnaməsinə uyğun olmazdı. Buna görə Əfv Məsələləri Komissiyası millətin maraqları çərçivəsində, dövlətimizin ötən illər ərzində yürütdüyü siyasətə sadiq qalaraq verilmiş 66 əfv və 10 amnistiya qərarı nəticəsində minlərlə insanların azadlığa dönüşü ideyasını bir daha rəhbər tutaraq qarşıdakı günlərdə bu müzakirələri intensiv davam etdirəcək”.
Z. Oruc vurğulayıb ki, yekunda hər bir şəxslə bağlı Əfv Məsələləri Komissiyasında səsvermə hər bir Komissiya üzvünün azad, sərbəst mövqeyi ilə müşahidə olunur: “Müzakirələrdə hakimiyyətin üç qolu ilə yanaşı, vətəndaş cəmiyyətinin, üçüncü sektorun təmsilçiləri də iştirak edirlər. Səsvermənin yekununda müsbət münasibət sərgilənən şəxslər belə ən sonda dövlət başçısının imzası əsasında azadlığa dönüş haqqını qazanır. Konstitusiyanın 109-cu maddəsinin 22-ci bəndi məhz Prezidentə müstəsna olaraq belə səlahiyyət verib”.
Şəki Olimpiya Kompleksində ciddi səhvlərə yol verilib - FOTO
Fəhlə daş karxanasında faciəli şəkildə ölüb
Tramp bölgəyə nəhəng hərbi qüvvə göndərdiyini təsdiqlədi: "İranın razılaşmaq istəyir, dəfələrlə zəng ediblər"
NAZİR MƏRKƏZ DİREKTORUNU VƏZİFƏDƏN AZAD ETDİ - Yeni təyinat
Hava ilə bağlı daha bir xəbərdarlıq yayıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Milli Məclisə bu təşkilatda müşahidəçi statusu verilib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu! - FOTOLAR
MÜŞAVİR və ŞÖBƏ MÜDİRİ NAZİR MÜAVİNLƏRİ TƏYİN EDİLDİ - KTN-də maraqlı dəyişiklik (FOTO)
Rusiya mediasında Azərbaycan-Türkiyə münasibətlərini pozmağa cəhd edirlər - "Dezinformasiya yayırlar"
Sabah bəzi rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
Məşhur generalın cərrah qardaşı Bakıda marşrutda ölüb
Qəzzada ölənlərin sayı 71662-yə yüksəlib
Bakıda polis əməliyyatı: saxlanılanlar var
Sahibə Qafarova Saqr Qobaşla görüşüb - Müzakirə
İran hökumətinin sözçüsü: "Müharibəyə tam hazırıq"
Nəsimi rayonunda 36 kq narkotik aşkarlanıb
Kəmaləddin Heydərov Xalq artistinin qızını vəzifədən çıxardı - Təranə Qumral istəyinə çatdı
XARİCİ DİLİ ÜZRƏ İMTAHAN MODELİ DƏYİŞİR - DİM-də müzakirə aparılıb
Milli Məclisə “Uşaq hüquqları haqqında” qanun layihəsi daxil olub
İSRAİL və İRAN YENİDƏN "AYAQLANIB": XİN rəsmiləri 3 gün ara ilə Bakıya niyə gəldi? - TƏHLİL
Qaraçuxurda qohumunun evindən 51 min manat oğurlayan qadın tutulub
Elçin Məsiyev UEFA Avropa Liqasına təyinat alıb
Qaz limiti barədə qərarın dəyişəcəyi gözlənilir - Deputat danışdı
AZAL Gürcüstana səfər edənlərə xəbərdarlıq edib
Məhkəmə Əli Kərimliyə "yox" dedi - AXCP sədri azadlığa buraxılmadı
Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb - XƏBƏRDARLIQ
Məhkəmə sədrinin bıçaqlanan gəlini barədə - Açıqlama
Ceyhun Bayramov Çinə gedib
Arpaçay su anbarı donub - FOTO
Albaniya Baş naziri İsrail parlamentində İranı "yıxıb-sürüdü", Türkiyəni isə... - "Xomeyni Respublikası ilə bu incə əlaqələri də kəsdik"
Sabah hava necə olacaq? - Proqnoz
Prezident İlham Əliyev Sumqayıtda - FOTOLAR (Yenilənib)
Qərb Ərdoğandan yox, yeni Türkiyədən qorxur - TƏHLİL
İranda aksiyalar davam edir - Ölənlərin say 6 mini keçib
Nazir, komitə sədri... - Onların qəbul günləri + CƏDVƏL
MƏHKƏMƏ SƏDRİNİN OĞLU CANINA QIYDI - Əvvəl arvadını bıçaqlayıb, sonra isə... (YENİLƏNİB)
372 sayda saxta sayt, link və keçidlər bloklanıb - Azərbaycanda
Çempionlar Liqası: "Mançester Siti" - "Qalatasaray" matçı TRT1-də canlı yayımlanacaq
Valyuta ehtiyatlarımız 85 milyard dolları ötüb
Azərbaycan nefti cizi ucuzlaşdı