Vatsapda yeni funksiya yaradılacaq

img

08-02-2021 [23:24]


Vatsap messenceri video bölməsində yeni funksiyanı sınaqdan keçirir.

Bu barədə “WABetaInfo” bildirib.

Portalın məlumatına görə, videoçarxların redaktəsi zamanı xüsusi nişan əks olunacaq. İstifadəçi ondan istifadə etməklə hər hansı videoçarxı kəsilmiş səslə göndərə biləcək.

Funksiya hələ 2.21.3.13 beta versiyasında mövcuddur və sınaq mərhələsindədir. Portal eyni zamanda yeniləmə zamanı messencerə başqa stiker dəsti əlavə edəcəyini, eyni zamanda qrup söhbətində ad çəkmə funksiyasını da təkmilləşdirəcəyini qeyd edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA