Magistratura səviyyəsində əyani dərslər nə vaxt bərpa olunacaq? - Açıqlama

img

06-02-2021 [14:54]


Təhsil Nazirliyi ali məktəblərin magistratura səviyyəsində əyani dərslərin nə vaxt bərpa olunacağı məsələsinə aydınlıq gətirib.

Nazirlikdən bildirilib ki, bu ilin 15 fevral tarixindən ali təhsil müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada bərpa olunması nəzərdə tutulub.

Həmin qərar magistratura səviyyəsində təhsil alanlara da şamil olunur/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA