Bu şəxslər təltif olundu - Sərəncam + SİYAHI

img

08-02-2021 [11:29]


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 8-də Naxçıvan Muxtar Respublikası təltiflərinin verilməsi haqqında Sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilib:

Əliyeva Səbahət Əli qızı

Nəcəfova Tərlan Məhəmməd qızı

Zeynalova İradə İsmayıl qızı − “Əməkdar müəllim” fəxri adı ilə;

Tarverdiyev Məhərrəm Novruz oğlu – “Əməkdar həkim” fəxri adı ilə;

Novruzov Elxan Yunis oğlu – “Əməkdar dövlət qulluqçusu” fəxri adı ilə;

Xıdırov Əhliman Mehman oğlu – “Əməkdar hüquqşünas” fəxri adı ilə;

Rzayeva Xoşqədəm Hüseyn qızı – “Əməkdar tibb işçisi” fəxri adı ilə;

Hüseynova Mehparə Səfər qızı – “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adı ilə;

Mehdiyev Samir Əyyub oğlu – “Rəşadətli əməyə görə” nişanı ilə təltif ediliblər.

Qeyd edək ki, fevralın 9-u Naxçıvan Muxtar Respublikasının yaradılmasının 97-ci ildönümüdür.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA