İsveçrədə koronavirus peyvəndi vurduran altı nəfər ölüb

img

05-02-2021 [21:49]


İsveçrədə koronavirusa qarşı peyvənd vurulduqdan sonra 63 nəfər özünü narahat hiss edib, altı nəfər isə vəfat edib.

Bu barədə İsveçrə terapevtik məhsullar agentliyi (Swissmedic – Red) məlumat yayıb.

Agentliyə daxil olan müraciətlərin əksəriyyəti ciddi hesab olunmayıb. Belə ki, peyvənd olunanlar baş ağrısı, peyvənd yerindəki ağrı, qızdırma və üşütmədən əziyyət çəkiblər.

Qeyd edək ki, İsveçrədə kütləvi peyvəndlənmə 2020-ci ilin 23 dekabr tarixindən başlayıb. Hələ ki, “Pfizer / BioNTech” peyvəndi istifadə olunur/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA