Rusiya MN-dən Qarabağla bağlı daha bir - Açıqlama + VİDEO

img

08-02-2021 [10:41]


Rusiya sülhməramlıları Azərbaycanın işğaldan azad olunmuş əraziləri arasında humanitar yüklərin tranzitini təmin etməyə davam edir.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sosial obyekt və yaşayış evlərinin enerji və su təminatı sistemlərini bərpa etmək üçün Humanitar Yardım Mərkəzinin KamAZ markalı 20 hərbi avtomobili və onları müşayiət edən 5 avtomobildən ibarət ikinci kolon Kəlbəcər rayonuna 150 tondan çox tikinti materialı çatdırıb.

Kolonnanın marşrutu Suqovuşan və Vəng yaşayış məntəqələrindən keçib.

Yardım çatdırılması Azərbaycan, Rusiya və Ermənistan arasında ötən il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən gerçəkləşdirilib.

Report

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA