Qarabağ zonasında daha 9 erməni hərbçinin meyiti tapıldı

img

02-02-2021 [11:37]


İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın işğaldan azad edilmiş ərazilərində zərərsizləşdirilmiş daha 9 erməni hərbçinin meyiti tapılıb.

Bunu qondarma rejimin “Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti” açıqlayıb.

Meyitlər işğaldan azad olunan Füzuli rayonunda aşkarlanıb.

Meyitlər tanınmaz halda olduğu üçün kimliklərini müəyyənləşdirmək mümkün olmayıb. Ona görə də məhkəmə-tibbi ekspertizası təyin olunub.

Axtarış işləri bu gün Hadrut istiqamətində davam etdiriləcək.

Qeyd edək ki, fevralın 1-dək döyüş bölgəsindən 1 354 erməninin qalıqları aşkarlanıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA