Akardan Qarabağla bağlı açıqlama: “Atəşkəsin davamlı olmasına ümid edirik”

img

01-02-2021 [17:55]


"Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Mərkəzinin köməyi ilə atəşkəsin davamlı olmasına, sabitliyin təmin edilməsinə və sülhün bölgədə hakim olmasına ümid edirik".

Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

“Bölgədəki ölkələrin qarşılıqlı olaraq bir-birlərinin haqq və mənafelərinə hörmət etməsinə, beynəlxalq hüquq çərçivəsində firavan şəkildə yaşamalarına ümid edirik. İstəyimiz budur. Bu məsələni cənab prezidentimiz dəfələrlə vurğulayıb. Bunlar Azərbaycan Prezidenti cənab İlham Əliyev və Rusiya Prezidenti cənab Vladimir Putinlə də müzakirə olunub. İstəyimiz bölgədə sülh və sabitliyin hökm sürməsidir”, - deyə türkiyəli nazir vurğulayıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA