Müəllimlərin maaşı ilə bağlı açıqlama: "Fevralın 5-dən daimiləşmə əmri olacaq"

img

30-01-2021 [17:23]


“Ötən dövr ərzində müəllimlərin sosial rifah halının yaxşılaşdırılması istiqamətində bir sıra ciddi addımlar atılıb”.

Mia.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, bir həftə bundan əvvəl əmək fəaliyyətinə başlayan və ondan sonrakı 3 il müddətində həmin və ya digər kənar rayonların təhsil müəssisələrində fəaliyyətini davam etdirən gənc mütəxəssislərə verilən kompensasiyanın məbləği təxminən 50 faiz artırılıb, 60 manatdan 90 manata qaldırılıb: “Fevralın 5-dən isə daimiləşmə əmri olacaq. Həmin o kompensasiya artımı nəzərə alınmaqla müəllimlərə veriləcək”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA