ƏN ÇOX BAKIDA, ƏN AZ İSƏ... - Azərbaycanda ən çox hansı bölgələrdə koronavirus yayılıb? 

img

02-02-2021 [10:49]


Azərbaycanda bölgələr üzrə koronavirusa yoluxma göstəriciləri ilə açıqlanıb.

Mia.az xəbər verir ki, qeydə alınan yoluxma hallarının 52,2 %-i Bakının payına düşür.

Məlumata görə, paytaxt üzrə ən yüksək yoluxma yenidən Binəqədi rayonunda qeydə alınıb - 15,1 %.

Sonrakı yerlərdə 13,1 %-lə Xətai, 12,2 %-lə Yasamal, 10,8 %-lə Sabunçu, 8,2 %-lə Nərimanov və Suraxanı, 7,8 %-lə Nəsimi, 7 %-lə Nizami, 6,9 %-lə Xəzər, 5,3 %-lə Qaradağ, 5 %-lə Səbail, 0,5 %-lə isə Pirallahı qərarlaşıb.

Yoluxma göstəricisi Aranda 13,3 %, Abşeronda 12,9 %, Gəncə-Qazaxda 8,1 %, Şəki-Zaqatalada 3,2 %, Quba-Xaçmazda 3 %, Lənkəranda 2,9 %, Dağlıq Şirvanda 2,5 %, Yuxarı Qarabağda 1,4 %, Naxçıvan Muxtar Respublikasında 0,4 %-dir.

Ölkə xaricindən gələnlərdə yoluxma halı 0,4 % təşkil edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA