Türk general Qarabağ zonasında:"Bundan sonra da azərbaycanlı qardaşlarımızla həmrəy olacağıq"

img

30-01-2021 [14:24]


“Türkiyə, Rusiya və Azərbaycan arasındakı bu əməkdaşlıq ilə qarşılıqlı etibar və dost münasibətlərin daha da güclənəcəyi, xüsusilə Azərbaycan və Ermənistan arasında mehriban qonşuluq münasibətlərinə yol açacağına töhfə verəcəyinə inanırıq”.

Bunu Türkiyə milli müdafiə nazirinin müavini Yunus Emre Karaosmanoğlu Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışında söyləyib.

“Türkiyə olaraq bu günədək olduğu kimi, bundan sonra da azərbaycanlı qardaşlarımızla həmrəy olacağımızı bildirir, bu Mərkəzin bölgənin sabitliyinə töhfə verəcəyinə və bu prosesin problemsiz tamamlanacağına ümid edirik”, - nazir müavini bildirib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA