Tarif Şurası dərmanlarla bağlı qərar verdi: ekspertiza xidmətlərinin tarifləri necə olacaq? + CƏDVƏL

img

31-01-2021 [16:33]


Yanvarın 31-də Tarif (qiymət) Şurasının növbəti iclasında ölkəyə idxal olunan və ya ölkə daxilində istehsal olunan dərman vasitələrinin və dərman maddələrinin laborator ekspertizası xidmətlərinin tariflərinə baxılıb.

Mia.az-ın məlumatına görə, müraciət Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxs tərəfindən edilib.

Müəyyən edilib ki, ixtisaslaşdırılmış ekspertiza zamanı dərman vasitəsinin əvvəllər dövlət qeydiyyatına alınması üçün ixtisaslaşdırılmış ekspertizaya təqdim olunmuş dozalarından və qablaşdırmalarından fərqləndiyi təqdirdə, yenidən dövlət qeydiyyatına alınması məqsədi ilə hər əlavə doza və qablaşdırma üçün bu qərarla təsdiq edilmiş tarif tətbiq olunur.

Qərar 2021-ci il 1 fevral tarixindən qüvvəyə minir.

Dərman vasitələrinin ekspertiza tarifləri aşağıdakı kimidir:

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA