AFFA-dan mətbuat katibi ilə bağlı - Açıqlama

img

29-01-2021 [15:02]


AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov "Qarabağ" klubunun sabiq mətbuat katibi Nurlan İbrahimova UEFA tərəfindən verilmiş cəzanı şərh edib.

Məlumata görə, milli assosiasiya rəsmisi Avropa futbol qurumunun çox ağır cəza verdiyini bildirib.

"Bu, təkcə irqçiliyə görə deyil, digər məsələlər də var idi. Başqa söz demək istəmirəm. İş apellyasiya məhkəməsindədir. Nə isə deməyim prosesə mənfi təsir edə bilər. Peşəkarlar bunun üzərində işləyirlər".

E.Məmmədovun fikrincə, "Qarabağ"a kəsilən 100 min avroluq cərimə də həddindən artıq yüksəkdir: "Bununla bağlı da UEFA-ya müraciət olunub".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA