RƏSMİ PARİSDƏN AZƏRBAYCANA MÜHÜM MESAJ: "Bu, ölkələrimiz üçün deyil, hər kəs üçün vacibdir..."
18-01-2021 [18:26]
"Fransa Ermənistan və Gürcüstan kimi, Azərbaycanın da hər zaman dostu olub və istisnasız Cənubi Qafqazın bütün dövlətləri ilə sıx münasibətlər qurmaq istəyir".
Bunu Fransanın Azərbaycandakı səfiri Zaxari Qross bildirib.
Onun sözlərinə görə, Azərbaycan kimi, Fransa da dünyəvi, müasir və çoxməzhəbli ölkədir, ateistlər, xristianlar, yəhudilər və müsəlmanlar irlikdə yaşayırlar: "Azərbaycan kimi, Fransa da biomüxtəlifliyin qorunub saxlanması, iqlim dəyişkənliyinə qarşı mübarizə və ümumdünya səhiyyə sahəsində qloballaşmanın əsas çağırışlarına qarşı çıxmaq üçün multikulturalizmə ümid bəsləyir. Bütün mövzular üzrə 2021-ci ildə də Azərbaycanın səsinin açıq və tərəfdaşlıq şəraitində eşidilməsini arzulayıram. Çünki ölkənizin qaz və neft istehsalçısı ölkəsi kimi öhdəliyi var, Xəzər dənizindən Qafqaz dağlarına qədər olan təbiətə görə cavabdehsiniz, çünki ölkəniz hazırda Qoşulmama Hərəkatına sədrlik edir".
Z.Qross deyib ki, iki ölkənin sələflərimiz tərəfindən başlanılmış işi davam etdirmək öhdəliyi var: "Azərbaycan 1918-ci ildə müstəqillik qazananda Fransanın yanında olub. Prezident Fransua Mitteran 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət başçıları sırasında idi. Bu yaxınlarda 600 azərbaycanlı tələbəni bakalavrdan magistr dərəcəsinə qədər hazırlayan Fransa-Azərbaycan Universiteti (UFAZ) və eyni zamanda Ağ Şəhərin mərkəzində hamı üçün açıq, dinamik və müasir olan və keyfiyyətli tədris bəxş edən Bakı Fransız Liseyi kimi birlikdə böyük layihələr həyata keçirdik. Bu səbəbdən münasibətlərimizə mane olan son gərginlik məni qane etmir. Onları geridə qoymalıyıq. Bu gün hələ də şübhə edənlər sabah dialoq və əməkdaşlığı yeniləyə bildikləri üçün siyasi liderlərimizə təşəkkür edəcəklər. Arzuladığım fəallaşma təkcə iki ölkələrimiz üçün deyil, həmçinin Avropa və Qafqaz, hər kəs üçün vacibdir. 1957-ci ildən etibarən Fransa bütün gücünü və əqidəsini Avropa layihəsinə sərf edib və bundan məmnundur, çünki Avropa İttifaqı parlaq tarixi uğur qazanıb. Bu səbəbdən Fransanın Azərbaycandakı səfiri kimi ən əziz istəklərimdən biri də yeni əməkdaşlıq razılaşma ilə Avropa İttifaqı ilə Azərbaycan öz tərəfdaşlıqlarını yeniləsin və möhkəmləndirsin.
9 noyabr razılaşması Cənubi Qafqazın tarixində yeni səhifə qurmağa imkan verməlidir. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin keçən il dekabr ayında Bakıya səfəri həssas siyasi məsələlərlə bağlı dialoqu yenidən qurmaq üçün vacib idi. Bu baxımdan ən təcili olan, humanitar sahədə gözləntiləri qarşılamaqdır. Bundan savayı bölgənin təcrid olunmamasını və regional iqtisadi inkişafa çalışmalıyıq. Ancaq yenə də iddialı olmalıyıq. Bu gün De Qol və Adenauerın Fransa ilə Almaniya arasında barışıq qurduğu kimi, Azərbaycan ilə Ermənistan arasında bir barışığa nail olmalıyıq"/Report.
Türkiyədə COVİD-19: daha 11770 nəfərdə virus aşkarlanıb
Qalib Azərbaycan ordusu...
Ermənistan müxalifəti yenidən ölkə prezidenti ilə görüşəcək
Əli Əsədovun sədrliyi ilə şura toplandı: maliyyə sabitliyi, bank sektorunun vəziyyəti və digər məsələlər müzakirə olunub - FOTOLAR
Müdafiə Nazirliyi Cəbrayıldan yeni görüntülər yaydı - VİDEO
Ermənistan müxalifətinin lideri gəncləri iğtişaşlara çağırdı: "Biz çox dözümlü xalqıq..."
Əli Ərbaş koronavirusa yoluxub
Azərbaycanda daha 353 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib - Qərargah son məlumatı yaydı
Yerevanda müxalifətin mitinqi başlayıb
Karxanada başına daş düşən fəhlə öldü
Ərdoğan: "Qarabağın işğaldan azad olunmasını uğurla yekunlaşdırdıq"
Prezident Administrasiyasına əlavə səlahiyyət verildi - Dövlət proqramları ilə bağlı
"Belə bir diplomata qarşı xoşagəlməz məlumat yaymaq nəyə və ya kimə lazımdır?" - Diaspor fəalından səfirə qarşı kampaniyaya etiraz + VİDEO
Misir Mərdanov: "Nə gücüm varsa..."
Roma Papası İraqda ayətullah Əli Sistani ilə görüşüb: "O, ölkənin bütün şiələrinə təşəkkür edib"
Ramil Şeydayevlə "Sabah" klubu arasında qalmaqal yaranıb
Diplomatik korpusların nümayəndələri Qubadlı rayonuna səfər ediblər
BMT-nin baş katibi: "Pandemiya dünyada qadınlara qarşı şiddət epidemiyasının yayılmasına səbəb olub"
Azərbaycanlı rəqqasə qarlı havada soyundu - VİDEO
Fransanın Bakıdakı səfiri Qarabağdakı dağıntılar barədə suala belə cavab verdi: "Müharibə vaxtı belə şeylər baş verir”
Sabahın hava proqnozu açıqlandı
Nazir komandiri azad etdi, yeni təyinat imzaladı - DYP sistemində növbəti dəyişiklik
Sahil Babayev sığorta ödənişləri ilə bağlı qərar verib
"Kurtlar Vadisi”nin yeni çəkilişlərinə hazırlıq görülür
İqtisadçıdan komitə sədrinə açıq sual: "Bu məsələdə mübahisəyə yer yoxdur, sual budur ki..."
Qubadlıda DSX-nin Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzi açıldı: "Ermənistanla sərhəd ən yüksək səviyyədə qorunur" - FOTOLAR
Rusiyada daha 11022 nəfərdə koronavirus aşkarlanıb
Prezidentin köməkçisi: "Ermənilər bütün müsəlmanların dini hisslərini təhqir ediblər”
“Oba" marketlər şəbəkəsi yararsız məhsullar satırmış... - Dövlət Agentliyi şok məlumat yaydı
Müdafiə Nazirliyi Zəngilandan yeni görüntülər yaydı - VİDEO
Cəlilabadda polis əməliyyatı: Bakı sakininin maşınından 8 kq-a yaxın narkotik çıxdı
Prezident bu qadınları təltif etdi - TAM SİYAHI
İlham Əliyev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib
Gürcüstanda daha 355 nəfər virusa yoluxub, ölənlər var
Azərbaycan neftinin qiyməti 70 dollara yaxınlaşdı
Diplomatların Füzuli, Qubadlı və Laçın rayonlarına ziyarəti başlayıb - Hikmət Hacıyevdən açıqlama + FOTO
Türkiyənin nəzarətində olan Suriyanın iki bölgəsi eyni anda raket atəşinə tutuldu: 3 mülki şəxs ölüb, 28-i yaralanıb - FOTOLAR
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR