Manaf Ağayev 7 min manat istəyir

img

09-12-2013 [15:01]


"Mən Manaf Ağayevəm. Mənə yaraşmaz ki, maşınımı əzən şəxsi polisə verəm”. Bunu AzNews.az-a bir neçə gün əvvəl maşınının əzilməsinə münasibət bildirən müğənni Manaf Ağayev deyib.

Onun sözlərinə görə, "Lexsus" markalı avtomobilin təmirinə 7 min manat lazımdır. Amma maşını o vəziyyətə salanlar həmin məbləği vermək istəmir: "7 min lazımdır. Qarşı tərəf də vermək istəmir. Hələ ki, sülh yolu ilə danışırıq”.

Xatırladaq ki, bir neçə gün öncə Bakının Azadlıq prospektində, Yeni Həyat klinikasının yaxınlığında hündürmərtəbəli yaşayış binasının dam örtüyünün uçması nəticəsində müğənni Manaf Ağayevin "Lexsus" markalı avtomobilinə ciddi ziyan dəyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA