"Rəşad kimi bir insana hansısa xəstəxanada yer tapıla bilərdi, amma..." - Koronavirusdan vəfat edən jurnalistin xanımı
11-01-2021 [19:02]
2020-ci ildə tüğyan edən koronavirus pandemiyası xeyli tanınmış simanı aramızdan apardı. Jurnalistika da az itkilər vermədi. Dekabrın 15-də tanınmış jurnalist, “AzeriDefence” jurnalının baş redaktoru Rəşad Süleymanov koronavirusa yoluxma səbəbindən vafat etdi. 38 yaşında dünyadan köçən həmkarımızın yarımçıq qalan çox arzuları var idi....
Mia.az xəbər verir ki, gənc yaşında həyatını itirən jurnalistin ömür-gün yoldaşı Zümrüd Süleymanova Modern.az-la həmsöhbət olub.
- Zümrüd xanım, Rəşad həyat yoldaşı kimi necə insan idi?..
- Rəşad haqqında deyəcək çox sözlərim var, danışmağa günlər, aylar yetməz. O, çox vətənpərvər insan idi. Rəşad üçün öncə vətəni, sonra isə ailəsi, övladları gəlirdi. Hər zaman vətəni, övladları üçün canını verməyə hazır idi. Onun haqqında o qədər gözəl sözlər, gözəl xatirələr danışaram ki... Sırf həyat yoldaşım olduğu üçün yox, dəyərli bir insan olduğu üçün. Hələ yaramız çox təzədir, bəlkə də ona görə yaxşı danışa bilmirəm... Rəşad tək ailəsindən yox, vətənindən, elindən-obasından getdi. Mənə əmanət etdiyi 3 övladımız qaldı. Onlar atalarından hər zaman sevgi görmüşdülər...
- Rəşad bəy virus səbəbindən həyatını itirdi... Sizin üçün çox çətin olsa da, bu haqda danışmağınızı istərdik...
- Ailədə koronavirusa öncə mən yoluxmuşdum. Evdə müalicə almağa başladım. Dekabrın 6-da artıq Rəşadda da virusun əlamətlərini hiss etdik, o da eyni müalicəni almağa başladı. Hər ikimizin analizinin cavabı "pozitiv" çıxmışdı.

Mən bir müddət sonra sağaldım, amma hiss olunurdu ki, Rəşadda narahatlıq var. Qızdırması 39 yarıma qədər qalxırdı, sonra vəziyyəti bir az normallaşdı, ayın 14-də artıq gəzir, yemək yeyirdi, bəlkə məni də yanıldan bu oldu. Amma gecə 12-dən sonra təzyiqi, qızdırması qalxdı, dərmanlar verdim. Təzyiqini ölçdüm, amma bir təsiri olmadığı üçün təcili yardım çağırdıq, onlar da gec gəldi. Hətta bəzi aparatlarını belə gətirməmişdilər. Sonra Rəşad xəstəxanaya aparıldı, yer olmadığı üçün geri qaytarıldı. Evə gəldikdən sonra vəziyyəti normal idi.
Ardınca yenidən halı pisləşdi, təcili yardım bu dəfə də onu xəstəxanaya apardı, amma yenə ona yer tapılmadı. Artıq nəfəs ala bilmirdi. Rəşad kimi bir insana hansısa xəstəxanada yer tapıla bilərdi, amma heç bir kömək göstərmədilər. Bəlkə də qisməti belə imiş, əlimdən nə gələr ki...
- Yəqin ki, övladlarınız da bu itki ilə barışa bilmirlər...
- 3 övladımız var, ikisi oğlandır, biri qız. Atalarının vəfat etdiyi gün oğullarımızın doğum günü idi. Böyük oğlum 11, balaca isə 6 yaşındadır. Hər biri mənə dəstək olur, bundan sonra bir-birimizə tutunub yaşayacağıq. Balaca oğlumun danışdıqlarını eşitsəniz çox təəccüblənərsiniz, o qədər ağıllı uşaqdır ki, elə bil vaxtından əvvəl böyüyüb. Mən ağladıqca gəlir başımı sığallayır, öpür, deyir ki, "ana, ağlama atam yuxarıdadır, o bizi görür, sən ağlayanda o da narahat olur". Amma hərdən məni qucaqlayıb özü də o qədər ağlayır ki, sanki ona daha çox təsir edir atasının yoxluğu. Körpə olmasına baxmayaraq, o qədər yaşından böyük hərəkətlər edir, bir dəqiqə belə məni tək qoymur. Qızım hələ də elə bilir ki, atası nə vaxtsa hardansa çıxıb gələcək, bir dəfə olsun demir ki, ana məni atamın məzarına apar, sanki hələ də ata yoxluğunu anlamaq istəmir.
Böyük oğlum isə nə deyim... hər şey onun gözü qarşısında oldu. Sərhəd Qoşunlarında 5-ci sinifin kursantıdır. Atası ölüm ayağında olanda komandiri ona kömək etdi... Rəşadın ən böyük arzusu idi ki, Məhəmməd böyüsün, general olsun. Bunu çox arzulayırdı, inşallah, Məhəmməd onun arzusunu yerinə yetirəcək. Özümdə güc toplayıb övladlarımıza həm ata, həm ana olmağa çalışacam, Rəşadın yoxluğunu onlara az da olsa hiss etdirməməliyəm.
- Rəşad Süleymanovun yarıda qalan işlərini, saytının idarə olunmasını kimsə üzərinə götürübmü, işləri ilə kim maraqlanır?
- Onun dərc etdirdiyi jurnal var idi, Rəşadın xatirəsi üçün o jurnalın fəaliyyətinin dayanmasını heç istəmirik. Qalan işlərlə onun həm tələbə yoldaşı, həm də iş yoldaşı Zaur Babaşov məşğul olur. Hazırda jurnalın üzərində işlər gedir, yaxın günlərdə növbəti sayı çap olunacaq. Özü işləməli idi ki, yanvar ayında jurnal çap olunsun, amma qismət olmadı. Əlimizdən gələni edəcəyik ki, onun adı hər zaman yaşasın. “AzeriDefence” saytında olan işləri ilə də Zaur Babaşov maraqlanır.
- Digər jurnalist dostlarından kimlər sizə dəstək olub, onun xatirəsini yaşatmağa çalışır?
- Gözləmədiyim bir şey oldu, onun sadəcə bir neçə dostu mənimlə əlaqə saxladı. Bəlkə də mən rayonda olduğum üçün əlaqə yarada bilməyiblər. Yenə də maraqlananlar çox sağ olsunlar. Tələbə yoldaşı hər gün zəng vurub maraqlanır, bizim üçün çox narahatdır. Başqa isə demək olar ki, heç kim əlaqə saxlamır. İndi də yas mərasimi üçün rayondayıq, böyük oğlum Bakıda təhsil aldığı üçün qayıtmalıyam, yaşadığımız evə daxil olmaq mənim üçün çox çətin olsa da, Rəşadın arzularını yerinə yetirməyə məcburam. Heç kim rayonda qalmağıma razı deyil, hamı deyir ki, sən də onun kimi davam etməlisən, güclü olmalısan. Mən də o gücü özümdə toplamaq istəyirəm. O qədər çətindir ki, onun yoxluğu. Amma özümdə o gücü toplayacam.
- Rəşad hərbi jurnalist, hərbi ekspert kimi çıxışlar edirdi. Vətən müharibəsi başlayanda nələr düşünürdü?
- Müharibə dövründə də jurnalist kimi döyüşlərə qatılmaq istəyirdi, amma icazə verilmədi. 44 gün ərzində çox çalışdı ki, cəbhədə olsun. Ürəyi əsgərlərimizlə, ordumuzla döyünürdü. Deyirdi ki, “vətənimin bu günlərində əlimdən gələni etməsəm, özümü bağışlamaram”. Hər gün evdə bu söhbətlər gedirdi. Rəşadın cəbhə bölgəsinə getməsinə icazə verilməsə də, o, arxa cəbhədə heç dayanmırdı, gecələri belə yuxusuna haram qatırdı. 44 gün ərzində onu demək olar ki, çox yatan görmədim, ancaq nə isə etməyə çalışırdı.

Qızımız bəzi problemlərinə görə müalicə alırdı, Rəşad onun yanına belə gəlmirdi. Əsgərlərimiz üçün çalışırdı, yardımlar göndərilməsini təşkil edirdi, xaricdə olan dostları vasitəsi ilə yaralı əsgərlərimiz üçün dərmanlar gətizdirirdi. Burada olan dostları ilə də dərmanları, lazım olan hər şeyi sərhəd qoşunlarına aparırdılar.
Hadrut azad olunduqdan sonra ora getdi, çəkilişlər də etmişdi.
Yalnız bir məsələdə təsəlli tapıram ki, torpaqlarımızın azad olunmasını gördü, o torpaqlara ayaq basdı. O qədər sevincli idi ki, bunu sözlə ifadə bilmirəm.
- Bilmək olarmı ən böyük arzusu nə idi?
- Rəşadın arzuları çox idi. Amma ən böyük arzusu bu idi ki, azad olunmuş torpaqlarımızda nə isə etsin. Onun arzuları ancaq torpaqlarımızla bağlı olub. Rəşadı tanıyanlar da bilir bunu. O qədər vətənpərvər idi ki, arzularınıda azad olunmuş torpaqlar üzərində qururdu.
Onun jurnalistika ilə bağlı olmayan arzuları da var idi, hər zaman deyirdi ki, bunları yerinə yetirəcəm. O arzular haqda heç kimə danışmırdı, amma hiss olunurdu ki, başqa planları var. Hətta əsgərlərimizə dayanmadan yardım edən həkimlərimizlə bağlıda müxtəlif planlar qururdu, bunlar sadəcə mənim bildiklərimdi, amma düşünürəm ki, ürəyində qalan çox arzusu oldu.
Son olaraq bir şey əlavə edim, bizə bir çox jurnalistlər yardım etməyə çalışır, amma demək istəyirəm ki, mənim üçün ən önəmli dəstək Rəşadın ad almağı olar. Arzum odur ki, jurnalistlər onun ad alması üçün imza toplasınlar, Rəşadın da ruhu şad olsun. Özüm də çalışıram ki, Rəşada "Əməkdar jurnalist" adı verilsin. Bilirəm ki, o, sağ qalsaydı, bu adı mütləq alardı. Nə yaşı var idi ki, Rəşad 38 yaşın içinə nələr sığdırdı, nələr...

“İş yoldaşı qışqırdı ki, uşaq qaldı 20 tonluq çənin altında" - VİDEO
“Özümü birmənalı olaraq təqsirli bilmirəm" - Kamran Əsədov haqqındakı iddialara belə cavab verdi
Keçmiş partiya sədri məhkəmədə: "Oqtay Qasımov demək olar ki, evimdən çıxmırdı" - "Onun niyyəti pisdir, istəyir ki, məni həbs etdirsin"
Meyxanaçı Ağakərim Maştağada dəfn olunacaq
ABŞ Suriyada əməliyyata başladı: "Bu, yeni müharibənin başlanğıcı deyil, qisasın elanıdır"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İstintaqa çağırılan "Fənərbağça" prezidentindən ilk açıqlama: "Heç nədən qorxmuram"
İstanbulda məşhurların həbsi davam edir - Bir aktrisa qonşunun, digəri isə gecə 03.00-da öz evində saxlanıldı
ŞOK: "Fənərbağça" prezidentinin evində narkotik axtarıldı - Sadettin Saran istintaqa çağırıldı
"Beşiktaş" axtardığı oyunçunu Hollandiyada "tapdı"
İsrail ordusuna əmr verildi: "Daş atanları öldürün!"
Tramp: "O, mənim nə istədiyimi dəqiq, özü də hamıdan yaxşı bilir"
Putin Avropanı hədələdi: "Nəticələri ağır olacaq"
Putin Ukraynada bir neçə şəhəri ələ keçirmək üzrə olduqlarını dedi: "Sizdədirsə, niyə içəri girmirsiniz?"
Azercell-in dəstəyi ilə Uşaq Paralimpiya Oyunları keçiriləcək
Xüsusi karantin rejiminin müddəti uzadılıb
Mia.az Xəbər Portalının iki əməkdaşı təltif olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Əhməd İsmayılov Türkiyədə - Burhanettin Duranla görüş olub + FOTO
Dövlətə məxsus daha 50 maşın özəlləşdirilib
Sumqayıt, Quba, Ağdam və İsmayıllıda yaşıllıqları qırıblar
QƏBUL İMTAHANI İLƏ BAĞLI MƏHKƏMƏ: Kamran Əsədovla Gündüz Abbasov hakim qarşısına çıxarıldılar
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Rusiya Zaporojyeyə zərbə endirib, yaralılar var
Beyləqanda kanalizasiya quyusuna düşən azyaşlı ölüb
Tovuz Gömrük İdarəsinin rəisi təqaüdə göndərildi - FOTO
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlandı
ABŞ-da qaçırılan kiçik təyyarə qəzaya uğrayıb
Elektron siqaretlərin qadağan olunması barədə yeni qanun ilk oxunuşdan keçdi - Detallar
Rumen Radevdən Azərbaycan Prezidentini təbrik edib - MƏTN
Sabah hava necə olacaq? - Proqnoz
Çin lideri İlham Əliyevə məktub göndərdi: "Bu il ərzində Sizinlə iki dəfə görüşmüşük və..."
Milli Məclisdə Amnistiya aktı müzakirə olunur
Milli Məclis bəyanat qəbul edib
Axtarışa verilən aparıcı Quran kitabı paylaşdı: "Ölkəmə dönəcəm"
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Xəzər dənizində itkin düşən 2 balıqçıdan birinin meyiti tapılıb
Spikerdən Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsinə sərt reaksiya: "Qətiyyətlə rədd edirik" - Komissiya yaradıldı
Türkiyədə daha bir jurnalist saxlanıldı - Şərhə görə
Rektorun müşaviri maşını əks istiqamətdə saxladı - VİDEO
Tofiq Yaqublu kassasiya şikayəti verib