İlham Məmmədzadənin avtomobili qarət edilib - FOTO

img

07-01-2021 [09:56]


Sumqayıtda jurnalist İlham Məmmədzadənin avtomobili qarət edilib.

Mia.az xəbər verir ki, bu barədə jurnalist sosial şəbəkədə məlumat paylaşıb.

Bildirib ki, naməlum şəxs və ya şəxslər onun avtomobilinin sol-qabaq hissəsinin şüşəsini sındıraraq qarət edib.

İ.Məmmədzadə hadisə barədə Daxili İşlər Nazirliyinə (DİN) müraciət edib. O bildirib ki, artıq ikinci dəfədir eyni halla qarşılaşır: "Sumqayıt şəhəri kriminal hadisələri ilə yenə öndədir. Kimdirsə jurnalisti daha imkanlı hesab edir. Son 2 ildə ikinci dəfədir ki, bu hadisə baş verir. Səbəbi isə çox sadədir. Sumqayıt şəhər Polis İdarəsindən bu kimi hallara baxılmamasıdır. Polis rəsmi şəkildə bildirir ki, dəymiş ziyan 5 000 manatdan aşağı olduğu üçün cinayət işi açılmır.

Vətəndaşın əmlakına basqın edilərək zərər vurulur, polis isə bildirir ki, dəymiş zərər az olduğundan cinayət işi açılmır.

Sumqayıt sakinləri bilir ki, 36-ci məhəllə şəhərin mərkəzi hesab olunur. Görün indi şəhərin kənarında vəziyyət necədir.

Təqribən 10 gün öncə də qonşu məhəllədən bir dostumuzun avtomobilini oğurlamışdılar". 

DİN-dən “Report”a bildirilib ki, hadisə artıq araşdırılır.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 02.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA