Nazarbayev Prezident İlham Əliyevə məktub göndərdi: "2020-ci il Sizin üçün Zəfər ili oldu"

img

23-12-2020 [13:04]


Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu yazıb.

Məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Başa çatmaqda olan 2020-ci il Sizin üçün ağır, lakin Zəfər ili oldu. Əzəli torpaqlarını işğaldan azad edən ölkəniz üçün narahat idim. Bu, tarixi məqamdır.

Şəxsən Sizi və qardaş Azərbaycan xalqını təbrik edirəm.

Qarşıdan gələn Yeni il münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizə və doğmalarınıza möhkəm cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayıram.

Qoy, 2021-ci il ölkənizin, xalqınızın rifahı naminə nəzərdə tutulmuş planların həyata keçirilməsi üçün məhsuldar və uğurlu il olsun!"


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA