Spiker: "Bu, 2021-ci ilin dövlət büdcəsinin formalaşmasına təsir göstərməyə bilməzdi"

img

24-12-2020 [11:19]


“Başa çatmaqda olan 2020-ci il Azərbaycan tarixinin mühüm bir dövrünü təşkil edir. Ali baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyub”.

Bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin sədri Sahibə Qafarova deyib.

Onun sözlərinə görə, ölkə həyatında müşahidə olunan reallıqlar 2021-ci ilin dövlət büdcəsinin formalaşmasına təsir göstərməyə bilməzdi: “Bu, dövlət büdcəsində özünü əks etdirir. 2021-ci ilin dövlət büdcəsinin əsas prioritetləri əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, dövlətin müdafiə qabiliyyətinin gücləndirilməsi, işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulmasıdır”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA