Ermənistanda gərginlik artır: müxalifət Yerevanın mərkəzi meydanında çadırlar qurur 

img

22-12-2020 [17:19]


Ermənistan müxalifətinin nümayəndələri Yerevanda Respublika meydanında çadır qurur, orada gecələməyə hazırlaşırlar.

“Sputnik Armeniya” xəbər verir ki, bunu Daşnaksütyun Partiyasının nümayəndəsi İşxan Saqatelyan müxalifətin Yerevanda keçirilən mitinqində bildirib.

“Hava soyuqdur. Bizim qərarımız qətidir. Geriyə yol yoxdur. Biz “Mənim addımım” fraksiyasına (baş nazir Nikol Paşinyanın başçılıq etdiyi hakim fraksiya- red.) “Vətənin xilası uğrunda hərəkat”la ölkədə yaranmış vəziyyəti müzakirə etmək üçün nümayəndə göndərməsi naminə saat 18-dək vaxt veririk”, - o, deyib.

İ.Saqatelyanın sözlərin görə, parlament idarəetmə forması şərtləri əsasında baş nazir N.Paşinyanın istefasını parlament həll etməlidir. O qeyd edib ki, “Mənim addımım”ın münasibətini gözləyirlər, o vaxtadək meydanda çadır qurulacaq/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA