Paşinyan rəqiblərinə meydan oxudu: "Qarşıdurma imtiyazlarını itirmiş “elita” ilə xalq arasındadır..."

img

22-12-2020 [13:34]


“Ermənistanda hazırkı müxalifət xalqın haqları yox, öz keçmiş imtiyazlarını geri almaq uğrunda mübarizə aparır”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan öz feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, qondarma milli elita revanşa nail olmaq və 2018-ci ildə inqilab sonucunda itirdiyi gəlir qaynaqlarını əldə etmək istəyir.

Hökumət başçısının fikrincə, söhbət yalnız siyasi partiyalardan yox, biznes və digər sahələrdə qanunsuz imtiyazlardan istifadə edənlərin hamısından gedir: “Bəzi işəgötünlər vətəndaşlara “mitinqə getməsən, işdən çıxarılacaqsan” prinsipi ilə təzyiq edir. Onlar hakimiyyətin xarici problemlərin həllinə köklənməsindən istifadə edərək bu cür variantlara əl atırlar. Beləliklə, əsl qarşıdurma iqtidar və müxalifət arasında deyil, imtiyazlarını itirmiş “elita” ilə xalq arasındadır. Ancaq bu və ya digər şəkildə son söz xalqa məxsusdur. Onun son sözünə hakimiyyətə qayıtmağa iddia edən “elita” əngəl ola bilməz”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA