"Azərişıq" və "Azərenerji"nin mətbuat katibləri koronavirusa yoluxub

img

15-12-2020 [18:01]


"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev (Aydınoğlu) koronavirusa yoluxub.

Bu barədə o, özü məlumat verib.

"Çalışın özünüzü qoruyun. Bu, çox amansız xəstəlikdir. Arxayın olub, müalicəni yarımçıq saxlamayın. Vitaminlər, bol maye, güclü yeməklərlə maksimum hərəkətdə olun. Passivləşməynizə imkan verməyin. Hər nə olur-olsun, yüksək əhval ruhiyyəni qoruyun. Ağrıları dözülməzdir, amma təslim olmaq olmaz!", - o, qeyd edib.

"Report"un əldə etdiyi məlumata görə, “Azərenerji" ASC-nin İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayevin də bir neçə gün əvvəl verdiyi koronavirus testinin nəticəsi müsbət çıxıb.

Hazırda hər iki mətbuat katibi ev şəraitində müalicə olunur.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 02.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA