JMK: "Həbsdə olan jurnalistlərin sayında rekord qeydə alınıb"

img

15-12-2020 [14:39]


Bu ilin dekabr ayına olan məlumata görə, 274 jurnalist həbsdədir və bu, 2016-cı ildə qeydə alınan rekordun (272) yenilənməsi deməkdir.

Bu barədə qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşən Jurnalistlərin Müdafiəsi Komitəsi (JMK) ictimai təşkilatı məlumat verib.

Bildirilib k, beşinci ildir həbsdə olan jurnalistlərin sayı 250-ni keçir. Həbsdə olan media işçilərinin 13%-ni qadın jurnalistlər təşkil edir.

Araşdırma aparılan zaman ABŞ-da həbsdə olan heç bir jurnalist olmayıb, lakin 2020-ci ildə ölkədə 110 media işçisi cinayət ittihamı ilə mühakimə olunub, 300 jurnalist hücuma məruz qalıb, bunların əksəriyyəti hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilib.

Bu il 2 həbs cəzası çəkərkən ölüb. Onlardan 1-i koronavirusdan vəfat edib./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 02.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA