Portuqaliya millisinin baş məşqçisi: "Azərbaycana səfərin tezliklə olmasını istəyirəm"
08-12-2020 [09:40]
"Nə edəcəyimizi yaxşı bilirik. İlk növbədə, qrupu birinci sırada bitirməliyik".
Bunları Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş yerli federasiyanın rəsmi saytına açıqlamasında DÇ-2022-nin seçmə qrup mərhələsinin püşkünü dəyərləndirərkən deyib.
66 yaşlı mütəxəssis qrupda sürprizlərin ola biləciyini istisna etməyib: "Odur ki, ehtiyatlı olmalı və rəqibləri yaxşı analiz etməliyik. AVRO-2020-nin seçmə mərhələsində oxşar problemlə üzləşdik. Həm Serbiya, həm Ukrayna ilə matçlarda xal itirdik və vəziyyəti qəlizləşdirdik".
Oyunların 2021-ci ilin martında başlayacağını söyləyən mütəxəssis seçmə mərhələyə ciddi hazırlaşmalı olduqlarını vurğulayıb. Santuş qrupdakı ən çətin rəqibin Serbiya olduğunu deyib: "Bu yığmanın heyətində Avropanın müxtəlif klublarında çxış edən elit səviyyəli futbolçular var. Onlarla qış aylarında qarşılaşmaq istəməzdik. Çünki səfər matçında hava şəraiti və meydan amili əleyhimizə olacaq. Bu isə futbolçularımızın çıxışına mənfi təsir edəcək".
Təcrübəli mütəxəssis Azərbaycan millisi barədə də danışıb: "Bəzi rəqiblərlə az oynasaq da, onları yaxşı tanıyırıq. Bu isə analizlərdə bizə kömək edə bilər. Məsələn, mən Azərbaycana səfərin tezliklə olmasını istəyirəm. Dünya çempionluğuna əsas namizədlərdən biri olmaq istəyiriksə, bu mərhələni keçməliyik".
Qeyd edək ki, Portuqaliya yığması Serbiya, İrlandiya, Lüksemburq və Azərbaycan millisi ilə birlikdə A qrupunda yer alıb/Report.
Azər Bağırov "Kəpəz"lə razılaşıb
Vilayət Eyvazov Sumqayıtda 367 vətəndaşı qəbul edib - Nazir rəislərə tapşırıqlar verib
HƏMAS Trampın Qəzza planını rədd etdi: "Bu iki maddə İsrailin xeyrinə, Fələstin xalqının isə..."
Qəzzada daha iki nəfər acından ölüb
MEDİA TRT kanalına başsağlığı verdi
İsveçrənin Ədliyyə naziri sabiq nazirin müşavirinə məktub yazıb: "Burada doğulan hər kəs özünü..."
Daha bir vəkilin fəaliyyəti dayandırılıb, 2-nə... - İclas oldu
DEM partiyası Ərdoğanın çətiri altına girir? - "Bizə uzadılan əli havada buraxmayacağıq"
İsrail Qəzzanı bombalayır - Xilasedici zabit ölüb, yaralılar var
Sabah hava necə olacaq? - Proqnoz
Kəlbəcər və Şahdağa qar yağıb
Oxuyur Mənsum İbrahimov!
Türkiyə balıqçılarının tapdığı kamikadze kater partladıldı - FOTO
İtaliya Prezidentinin Azərbaycana səfəri başa çatıb
DİN III MDB oyunları ilə bağlı fasiləsiz xidmət aparır - VİDEO
İtaliya Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb - FOTOLAR
Keçmiş spiker çağırış etdi, partiya sədri qəbul etmədi - Türkiyə parlamentində tarixi qalmaqal
Joze Mourinyo: "Kerem Aktürkoğlunu unudun!"
“Avropa Şurasının hesabatı ilə tanışıq, bəzi məsələlərlə razı deyilik" - Kamran Əliyev
Sabiq idarə rəisi məhkmədə ittihamı rədd etdi: "Mənə düşmən olanla niyə danışığa gedim?!”
Noyabr ayında ardıcıl 4 gün iş olmayacaq
Hakimlərin təlim-tədris prosesinin təşkili üzrə İşçi Qrup yaradılıb - MHŞ-da iclas olub
“Kristal Bakı" "Qanlı göl"ün ətrafındakı sakinlərin "qan"ını almaq istəyir - "Şirkət nə vaxtdan tiklinin qanunsuz olduğunu müəyyən edən qurum olub ki..."
"Xəzər dənizi diqqətdən kənarda qala bilməz" - Muxtar Babayev
"Taliban" ölkədə internet və mobil telefonları qadağan edib - Seks videolarına görə
Prokurorluq AMEA-da hərtərəfli araşdırma aparır: "Zərurət olarsa..."
XİN-dən Çinə mesaj: "Milli bayramınız mübarək!"
"Ümid edirik ki, bu işin də istintaqı məntiqi nəticəsini tapacaq" - AZAL-ın vurulan təyyarəsi haqda açıqlama
Azərbaycan nefti 69 dollara düşdü
Okan Buruk: "Çempionlar Liqasında qalib gəlmək asan deyil"
Çempionlar Liqası: "Qalatasaray" "Liverpul"u devirdi, "Bavariya", "Real", "Atletiko"...
İsrail komandası velosiped yarışından kənarlaşdırıldı - İtaliyada
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR