Türkiyə Böyük Millət Məclisinin (TBMM) keçmiş sədri Bülent Arınç CHP-nin parlamentin bugünki açılışına qatılmama qərarı ilə bağlı partiya sədri Özgür Özələ çağırş edib.

Mia.az Türkiyə mediasına istinadla bildirir ki, o, parlament tarixində belə bir hadisə indiyədək olmadığını deyib və CHP-dən TBMM-nin etibarına zədə gətirməməyi xahiş edib: “Hörmətli CHP sədrindən xahiş edirəm ki, bu yanlış qərardan geri çəkilsin və 1 oktyabrda parlamentin çatısı  altında bir araya gəlsin”.

Özgür Özəl isə partiyasına xon bir ildə olunan siyasi və digər təzyiqləri sadalyaraq, bu qərarı məcburən aldıqların deyib: “Mənim partiyam keçən ildən bəri hücuma məruz qalır. partiyam, onun təşkilatlar, bələdiyyələri həbs olunur, məhkəməyə çəkilirlər. Yetmədi, mənim toxunulmazlıq hüququmu qaldırmaq istəyirlər. Hətta Məhərrəmİncenin vaxtilə "Atatürk gəlsə, bu qurultay nümayəndələri ilə o, Kamal Kılıçdaroğluna qalib gələ bilməz" dediyi qurultayda qalib gəldim, indi nə baş verir?!..."

CHP sədri hətta İstanbulda tək yaşayan qızının ünvanını qəsdən bəlli qruplara verirərək, onun təhdid edilməsi kimi rəzil addım atıldığını da xatırladıb və beləliklə, açılış mərasiminə qatılmayacaqlarına haqq qazandırıb.

Firudin Səfərli
MİA.AZ